Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / TBMM Azərbaycan və türk xalqlarının istəmədiyi məsələlər haqqında qərar qəbul etməyəcək

TBMM Azərbaycan və türk xalqlarının istəmədiyi məsələlər haqqında qərar qəbul etməyəcək

29.10.2009 [10:11]

Azərbaycan və Türkiyə parlamentinin üzvləri ildə ən azı iki dəfə görüşəcəklər
ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının nümayəndə heyəti dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri və bu yaxınlarda Türkiyəyə səfər etmiş deputatlarla görüşüb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov türkiyəli həmkarlarının Azərbaycan parlmentində olmalarından məmnunluq ifadə edib. Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını deyən S.Seyidov bu əlaqələrin qorunub daha da möhkəmləndirilməsinin zəruri olduğunu bildirib.
TBMM-nin Xarici əlaqələr komissiyasının sədri Murad Mərcan isə Azərbaycana səfərləri zamanı sürprizlə qarşılaşdıqlarını, Bakıdakı Türk Şəhidliyində yenidən türk bayraqlarının dalğalanmasının çox gözəl bir hal olduğunu deyib. Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə çox səmərəli görüş keçirildiyini bildirən M.Mərcan qeyd edib ki, iki qardaş ölkə arasında münasibətlər digər dövlətlər üçün nümunə olmalıdır. Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi Azərbaycan və türk xalqlarının istəmədiyi, onları narahat edən hər hansı məsələyə dair qərar qəbul etməyəcək: “Sülh olacaqsa, bu, Qafqazın hər yerində olacaq”.
M.Mərcan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində TBMM-in Xarici əlaqələr komissiyasının üzvlərinin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin təmsilçiləri ilə ən azı 6 ayda bir dəfə görüşmələri barədə qərar qəbul olunduğunu deyib: “Belə görüşlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək. Eyni zamanda, bu görüşlər təkcə paytaxt şəhərlərdə yox, iki ölkənin digər şəhərlərində də keçiriləcək. Məsələn, Azərbaycanda keçiriləcək növbəti görüşün Naxçıvanda olması qərara alınıb”.
Səməd Seyidov da TBMM komissiyası və rəhbərlik etdiyi komitə üzvlərinin ildə iki dəfə görüşlərinin keçirilməsinin lazımlı olduğunu deyib. O, həmçinin bildirib ki, Türkiyə və Azərbaycan bayraqları həmişə birlikdə olub: “Doğrudur, bəzi problemlər oldu, bu da bizim bir yerdə olmağımızın əhəmiyyətini göstərdi”.
Görüş zamanı parlamentlərarası əlaqələrin inkişafı və regionda baş verən son proseslər müzakirə olunub.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1193 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31