/ / Prezident İlham Əliyev Omanın Dövlət Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Omanın Dövlət Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.10.2019 [09:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib: Xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Bilirəm ki, yenicə gəlmisiniz.
Yahya bin Məhfuz Əl-Munziri: Bəli.
Prezident İlham Əliyev: Ümidvaram ki, ölkəmizə səfəriniz çox maraqlı və məhsuldar olacaq.
Yahya bin Məhfuz Əl-Munziri: İcazə verin, fürsətdən istifadə edərək Zati-aliləri Qabusun salamlarını şəxsən Sizə və Azərbaycan xalqına çatdırım.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim də salamlarımı və ən xoş arzularımı Zati-alilərinə və xalqına çatdırın. Əminəm ki, Bakıya səfəriniz ərzində şəhərimizlə tanış olacaqsınız, Azərbaycanın inkişafını görəcəksiniz və həmçinin Zirvə Görüşündə iştirak edəcəksiniz. Omanın Zirvə Görüşündə çox yüksək səviyyədə təmsil olunduğuna görə ölkənizə çox minnətdarıq. Bu, sizin bu qurumda üzvlüyə verdiyiniz əhəmiyyəti göstərir, eyni zamanda, biz bunu bizə olan dostluğun göstəricisi hesab edirik. Çünki ev sahibliyi edən ölkə olaraq biz bu mühüm beynəlxalq tədbiri təşkil etmişik və üç il ərzində bu quruma sədrlik edəcəyik. Sözsüz ki, biz Qoşulmama Hərəkatı çərçivəsində, eləcə də ikitərəfli formatda birlikdə işləyəcəyik.
Sizin səfəriniz həm də ikitərəfli əməkdaşlığımızın bəzi məsələlərini müzakirə etmək üçün yaxşı imkandır. Siyasi əlaqələrin səviyyəsi, siyasi dialoq və beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə nümayiş etdirdiyimiz həmrəylik bizi çox qane edir. Biz, həmçinin iqtisadi əlaqələrimizi genişləndirmək istəyirik, bugünkü əlaqələr orta səviyyədədir. Lakin düşünürəm ki, birgə səylərlə biz yaxşı irəliləyişə nail ola bilərik, çünki bizim bir-birimizə təklif edəcəyimiz çox şey var. Bununla biz ticari əlaqələrimizi genişləndirə bilərik. Biz bir çox əməkdaşlıq sahələrini tapa bilərik və mən çox şadam ki, indi Sizin ölkənin vətəndaşları Azərbaycana daha müntəzəm səfər edirlər.
Yahya bin Məhfuz Əl-Munziri: Bura onlar və ailələri üçün səfər etmək baxımından yaxşı yerdir.
Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur. Həmçinin sərbəst viza rejimi onlara istədikləri vaxt ölkəmizə gəlmək imkanı verir. Mən sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm.
Yahya bin Məhfuz Əl-Munziri: Zati-aliləri, mən keçən il burada olmuşdum. Həmçinin parlamentinizin 100 illik ildönümünü qeyd etmək üçün tədbirlərə qatılmaq məqsədilə gəldiyim zaman Sizinlə görüşmək mənim üçün şərəf idi. Biz Azərbaycanda, Bakıda çox gözəl vaxt keçirdik. Bu səfər çərçivəsində biz Sizin rəhbərliyinizlə üç il müddətində Qoşulmama Hərəkatının uğur qazanması üçün bütün səyləri artıracağıq. Omanda infrastrukturumuza sərmayə yatırmaq üçün çox böyük imkanlar var, xüsusilə mən Dokon və digər layihələri nəzərdə tuturam. Ümid edirik ki, bu sahədə ölkələrimiz arasında müəyyən ikitərəfli razılaşmalar olacaq.
Zati-aliləri, Sizinlə görüşmək üçün mənə vaxt ayırdığınıza görə çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Xəbər lenti
Hamısına baxSosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39

