Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verilib
26.05.2010 [10:56]
Dünən Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Son illər Azərbaycanda gedən sosial-iqtisadi inkişaf nəticəsində ölkəyə miqrant axınının güclənməsi bu sahədə tənzimləmə işlərinin aparılması zərurətini yaradıb. Bu məqsədlə Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Bununla da ölkədə miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.
Hazırda Dövlət Miqrasiya Xidməti bu sahədə dövlət siyasətini həyata keçirən əsas strukturlardan biridir. Prezident İlham Əliyev miqrasiya siyasətinin düzgün qurulmasını, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsini daim diqqətdə saxlayır. Paytaxtın Binəqədi rayonu ərazisində Dövlət Miqrasiya Xidməti üçün yeni inzibati binanın tikilməsi də bunun əyani təsdiqidir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, yeni inzibati binanın tikintisi yüksək keyfiyyətlə həyata keçirilib və inşaat işləri zamanı milli memarlıq üslubu qorunub saxlanılıb. Ətrafda abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, binada Xidmətin əməkdaşları üçün yüksək şərait yaradılıb və onların səmərəli fəaliyyətinə böyük imkanlar açılıb.
Prezident İlham Əliyev binanın maketinə baxıb. Bildirilib ki, yeni bina 7 mərtəbəlidir. Hündürlüyü 29 metr olan binanın ümumi tikinti sahəsi 7 min 944 kvadratmetrdir.
Dövlətimizin başçısı binada yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər qorunur.
Miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən binada ən müasir Vahid Miqrasiya Məlumat Sistemi quraşdırılıb. ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verən, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təminatı sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradan, hazırda respublikada miqrasiya proseslərinin idarə edilməsi funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olduqdan sonra harada və hansı işlə məşğul olması müşahidə edilir və ciddi nəzarətdə saxlanılır.
Bundan əlavə, yeni binada Dövlət Miqrasiya Xidmətinin Yevlax, Şirvan, Lənkəran və Xaçmaz regional idarələrinin, həmçinin, Bakı və Yevlaxda qanunsuz miqrantların saxlanma mərkəzlərinin birbaşa videomüşahidəsi də təmin edilib.
Prezident İlham Əliyev kitabxanada yaradılan şəraitlə də tanış olub. Sahəsi 48 kvadratmetr olan kitabxanada oxu zalı, əsas və elektron kitabxanalar fəaliyyət göstərir. Kitabxanada Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən kitablara, həmçinin, bədii, tarixi və xarici ədəbiyyata geniş yer verilib.
Bildirilib ki, tədris proqramlarının keyfiyyətlə işlənib-hazırlanması, Xidmət əməkdaşlarının intensiv olaraq bilik və bacarıqlarının, peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi üçün binada kompyuterləşdirilmiş təlim-tədris mərkəzi də fəaliyyət göstərir.
Xidmətə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənədlərinin qəbulu prosesi elektron növbəlilik prinsipi nəzərə alınmaqla təşkil edilib. Eyni vaxtda 14 şəxsin sənədlərinin qəbulu və müvafiq icazə vəsiqələrinin verilməsi nəzərdə tutulub.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan vətəndaşlarının operativ məlumatlandırılması üçün 24 saat fəaliyyətdə olan “Qaynar xətt” xidməti təşkil edilib.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin kollektivi ilə görüşüb, onları təbrik edərək deyib: “Bu gözəl binanın açılışı münasibətilə sizi təbrik edirəm. Bu binada işləmək üçün bütün şərait vardır. Ən müasir standartlar tətbiq olunub. Bina həm gözəlliyi ilə seçilir, həm də ki, daxili tərtibatı yaxşı səviyyədədir. Yəni, iş şəraiti ən yüksək standartlara cavab verir. Əsas odur ki, burada bütün işlər də yüksək standartlara cavab versin. Azərbaycan Miqrasiya Xidmətinin böyük funksiyaları vardır. Miqrasiya Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində Xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır. Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə olacaqdır. Bu, əlbəttə ki, sizdən - işçilərdən asılıdır. Elə etməliyik ki, ən qabaqcıl təcrübə burada tətbiq olunsun. Burada indi gördüklərim məni çox sevindirir. Görürəm ki, çox böyük işlər görülübdür, bu məsələlərə düşünülmüş şəkildə yanaşılıbdır. Elə etməliyik ki, xidmət öz imkanlarını maksimum dərəcədə işə sala bilsin”.
Arzu Rəhimov göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə xidmətin kollektivi adından minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48

