Naxçıvan inkişaf edərək öz iqtisadi mövqeyini gücləndirir
30.06.2010 [10:23]
Azərbaycanda davamlı islahatların geniş miqyas alması bütün bölgələrin tarazlı və uzunmüddətli inkişafını stimullaşdırmaqdadır. Prezident İlham Əliyevin rayonlara davamlı xarakter alan səfərləri regionların inkişafı üçün yeni imkanlar açır. Bunun nəticəsidir ki, bölgələrdə yeni iş yerlərinin yaradılması, strateji müəssisələrin istifadəyə verilməsi geniş vüsət almaqdadır. ümumiyyətlə, bütün bölgələrdə pozitiv xarakter alan inkişaf meyilləri iqtisadiyyatın diversifikasiyasına əlverişli zəmin yaradır və regionlarda ixtisaslaşmış müəssisələrin sayı artır. öz iqtisadi və sosial inkişafı ilə diqqət çəkən bölgələrdən biri-Naxçıvan Muxtar Respublikası isə daha yüksək inkişaf dinamikasına görə, seçilir. Muxtar Respublikada iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsi yeni inkişaf erasının başlanğıcının əlamətləri kimi qiymətləndirilə bilər. Naxçıvanda iqtisadiyyatın bütün bölmələri üzrə pozitiv meyillərin müşahidə olunması bu bölgənin strateji mövqeyinin möhkəmlənməsində xüsusi rol oynayır. Burada yeni istehsal müəssisələrinin, iri sənaye və infrastruktur obyektlərinin, ekoturizm şəbəkəsinin yaradılması MR-nın region ölkələri ilə sıx inteqrasiyasını dərinləşdirir.
Muxtar Respublikada ötən illər ərzində sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılıb, özəl bölmənin süni maneələrdən qorunması üçün qanunvericilik bazası formalaşdırılıb, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması diqqət mərkəzində saxlanıb. Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, antiinhisar tədbirlərinin gücləndirilməsi, sahibkarlıq subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək “bir pəncərə” prinsipi əsasında aparılması öz müsbət təsirini göstərməkdədir. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi, onlara “Aqrolizinq” Səhmdar Cəmiyyəti tərəfindən güzəştli şərtlərlə yanacaq və motor yağlarının verilməsi də sahibkarlığın inkişafına göstərilən diqqətin mühüm tərkib hissəsidir. Muxtar Respublikada sahibkarlığın inkişafı sahəsində yaradılmış şəraitin nəticəsidir ki, ötən il ümumi daxili məhsulda özəl bölmənin payı 86 faizi ötüb. Hazırda aqrar sektor, sənaye, ticarət, nəqliyyat sahələrində qeyri-dövlət bölməsinin payı 85-99 faiz arasında dəyişir ki, bu da çox yüksək göstəricidir.
Muxtar Respublika zəngin iqtisadi sərvətləri ilə yanaşı, ekoturizm imkanlarına görə də, böyük üstünlüyə malikdir. Burada turizm sənayesinin inkişafı ilə bağlı son illərdə mühüm layihələr həyata keçirilib və bu, MR-ə gələn turistlərin sayının artmasında özünü göstərir. Muxtar Respublikanın zəngin iqtisadi resursları və əlverişli iqtisadiyyatı qonşu ölkələrin marağının artmasına səbəb olub və Naxçıvanla sıx əlaqələrin qurulması MR-in inkişafına yol açıb. Qardaş Türkiyə və Azərbaycanın ən iri regional layihələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin genişləndirilərək Naxçıvana kimi uzadılması və Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilməsi isə Muxtar Respublikanın regionda strateji tranzit məkanına çevrilməsinə imkan yaradacaq. Bakı-Tbilisi-Qars trans-nəqliyyat şəbəkəsinin genişləndirilərək Qars-İğdır-Naxçıvan dəmir yolu xətti ilə birləşdirilməsi miqyas baxımından daha böyük ərazini əhatə etməsinə səbəb olacaq, Avropa və Asiya regionunun iqtisadi və geosiyasi mənzərəsinin dəyişməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda, dəhlizin keçdiyi ərazilərdə yerləşən dövlətlərin Avropaya inteqrasiyasının dərinləşməsinə impuls verəcək.
Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilməsi dünyada geniş əməkdaşlıq dəhlizinin möhkəmlənməsinə səbəb olmaqla yanaşı, iki müxtəlif sivilizasiyanın qovuşmasına da öz töhfəsini verəcək. Belə ki, çinin timsalında Şərq sivilizasiyası ilə Avropa, yəni, Qərb sivilizasiyası arasında mövcud olan gərginlik aradan qalxmış olacaq. BTC bu sivilizasiyaların bir-birinə yaxınlaşmasında həlledici rol oynaya bilər. Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilməsindən sonra Naxçıvanın dünya ölkələri ilə sıx inteqrasiyası baş verəcək, amma əvəzində Muxtar Respublikanı blokadada saxlayan Ermənistan Avropa və Asiyaya çıxışına yol aça biləcək daha bir layihədən kənarda qalacaq. Yeni dəmir yolu xətti, eyni zamanda, Muxtar Respublika ilə Azərbaycanın digər bölgələri arasında bağlantını təmin edəcək.
Naxçıvanın strateji mövqeyini nəzərə alan Türkiyə MR ilə digər mühüm layihənin həyata keçirilməsində maraqlıdır. Belə ki, Türkiyə-İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsinə nail olmaqla regionda daha bir enerji marşrutunun istifadəyə verilməsinə çalışır. Yeni kəmərlə İğdıra ildə yarım milyard kubmetr qaz nəql olunacaq. Yanacaq həmin bölgədən Naxçıvana nəql ediləcək və bununla da, Muxtar Respublikanın qaz problemi birdəfəlik həll olunacaq. Yəni, Naxçıvan daha təhlükəsiz və uzunömürlü qaz xətti vasitəsilə təmin ediləcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi iqtisadi mahiyyəti ilə yanaşı, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bu addım, Azərbaycan Hökumətinin İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi ilə Naxçıvanı blokadadan çıxartmaq istiqamətində siyasətinin təntənəsi kimi də qiymətləndirilə bilər. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti Naxçıvanın iqtisadi blokadada qalmasına səbəb olub.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

