Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavodunun açılış mərasimində iştirak edib
10.08.2010 [10:10]
Avqustun 9-da Prezident İlham Əliyev “Akkord” qranit-mərmər zavodunun açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyev “Akkord” qranit-mərmər zavoduna gəlib. Dövlətimizin başçısına məlumat verilib ki, ölkəmizdə qranit və mərmər məhsullarının istifadəsinə artan tələbat bu istehsal sahəsinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə “Akkord” Şirkətlər Qrupu tərəfindən genişmiqyaslı tikinti-yenidənqurma işləri həyata keçirilib, daha müasir avadanlıqla təchiz olunan və geniş istehsal imkanlarına malik zavod inşa edilib. Zavodun tikilməsi və yenidən qurulmasına 19 milyon manat vəsait sərf olunub ki, bunun da 3,5 milyon manatını İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və Şirkətlər Qrupunun sərmayəsi təşkil edib.
Dövlətimizin başçısı zavodun sərgi salonu ilə tanış olub. Salonun girişində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif istehsal müəssisələrinin açılış mərasimlərində iştirakından bəhs edən fotostend də yaradılıb.
Prezident burada qranit və mərmərdən hazırlanmış məhsullara baxıb. Qeyd olunub ki, qranit-mərmər zavodunun Azərbaycanda 2 Ağlay yatağı, Türkiyədə Bej mərmər ocağı, Ukraynada isə qranit yataqları var. Zavodda məhsul istehsalında, həmçinin dünyanın bir sıra ölkələrindən gətirilən müxtəlif növ mərmər və qranit bloklardan, oniks və travertendən istifadə edilir. Prezident İlham Əliyev qranit emalı sexinə gəlib. Dövlətimizin başçısı istehsal prosesinin başlanmasını bildirən düyməni basaraq sexi işə salıb.
Qeyd olunub ki, texniki göstəricilərinə görə yüksək keyfiyyətli məhsullar istehsal edilməsi məqsədi ilə zavodda avtomatik idarə edilən dəzgahlar quraşdırılıb, həmçinin zavodun bütün sexlərində ətraf mühitin qorunması məqsədi ilə sutəmizləyici sistem yaradılıb. Zavodda böyük və kiçik ölçülü plitələr, pillə və sinəlik, sürahi, qırma kub daş, səki daşları, çanaqaltı daşlar istehsal ediləcək. Daşlar xam, cilalanmış, zehlənmiş və yandırılmış səthlərə malik olacaq.
Qranit-mərmər zavodunun ərazisində yeni istehsal sahələri və müasir standartlara uyğun idarəetmə və xidmət binaları inşa olunub. Burada işçilərin istirahət etməsi və işləməsi üçün hər cür şərait yaradılıb, eyni zamanda yüksək standartlara cavab verən ikimərtəbəli yeməkxana binası tikilib. Zavodda və daş karxanalarında ümumilikdə 200-dən artıq işçinin çalışması nəzərdə tutulur.
Zavodla yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

