/ / Beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması istiqamətində ilk mühüm addım
Beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması istiqamətində ilk mühüm addım
08.10.2010 [11:07]
Cari il oktyabrın 5-6-da Soçi şəhərində təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşü keçirilib.
Görüşdə 43 ölkənin təhlükəsizlik şuralarının katibləri, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçiləri, güc qurumlarının rəhbərləri, habelə BMT baş katibinin müavini Y.Fedotov iştirak ediblər. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi N.Patruşev görüşü açaraq Rusiya Federasiyasının Prezidenti Dmitri Medbedevin təbrik məktubunu oxuyub. BMT-nin baş katibi Pan Gi Mun da forum iştirakçılarına təbrik məktubu göndərib.
Görüşdə ölkəmizi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov təmsil ediblər.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Birinci Beynəlxalq görüşdə “Transmilli cinayətkarlıq, onun ən təhlükəli növləri arasında qarşılıqlı əlaqə” və “Formalaşan qlobal informasiya cəmiyyəti şəraitində beynəlxalq informasiya təhlükəsizliyinə təhdidlər: əməkdaşlıq istiqamətləri” mövzularında mühazirələrlə çıxış edib. Akademik Ramiz Mehdiyev transmilli cinayətkarlıq mövzusunda məruzəsində Azərbaycan ərazisinin bir hissəsinin işğal olunması kontekstində beynəlxalq mütəşəkkil cinayətkarlığın doğurduğu təhlükələri diqqətə çatdırıb. O, deyib ki, terrorçu qrupların “boz zonalar” adlandırılan ərazilərdə fəaliyyət göstərən müxtəlif profilli kriminal təşkilatlarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və çox təhlükəli meyildir: “Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunun ərazisində məhz belə nəzarət olunmayan zona yaradılıb. Daxil olan əməliyyat məlumatları və prosessual şəkildə sübut olunmuş faktlar israrla söyləməyə əsas verir ki, bu ərazidən narkotik vasitələrin istehsalı, silah və insan tranziti və alveri, qeyri-leqal miqrasiya, terrorçuların göndərilməsi və gizlədilməsi, qanunsuz pul vəsaitlərinin leqallaşdırılması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün fəal istifadə olunur. Milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda qalan bu zona və digər belə ərazilər qeyd olunan təhdidlərə adekvat və vaxtında münasibət göstərilməsi üçün əlçatmaz qalır. Buna görə də biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar məsələlərə milli və regional təhlükəsizliyin təmin olunması, terror təhlükəsinin və digər təhdidlərin aradan qaldırılması sahəsində işin bir hissəsi kimi baxırıq”.
İnformasiya cəmiyyəti şəraitində əlaqələndirilmiş fəaliyyətin zəruriliyini və aktuallığını qeyd edən Ramiz Mehdiyev bildirib ki, Azərbaycan tez-tez açıq-aşkar informasiya təhrikləri ilə üzləşir: “ümumdünya şəbəkəsində separatçılıq fəaliyyətinə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına alınır, dövlət rəhbərləri, ölkənin ictimai-siyasi xadimləri təhqir obyektinə çevrilir. Qeyd etmək lazımdır ki, bu cür hərəkətlər Azərbaycanın müharibə şəraitində olduğu qonşu Ermənistanın informasiya qurumları tərəfindən tez-tez həyata keçirilir. “İnformasiya silahından” istifadə olunması ilə əlaqədar qeyd edilən nümunələrlə yanaşı, xüsusilə, dinc Azərbaycan əhalisinin 1918-ci ilin martında, 1990-cı ilin yanvarında, habelə 1992-ci ilin fevralında Xocalı şəhərində erməni separatçılarının silahlı qrupları tərəfindən kütləvi surətdə qırılması ilə bağlı faciəli günlərdə Azərbaycanın informasiya resurslarına xaker hücumlarına daimi cəhdlər göstərilir”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi akademik Ramiz Mehdiyev səfər çərçivəsində Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Raisa Boqatıryova, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsev, İsveçrə Konfederasiyasının Müdafiə, Əhalinin Qorunması və İdman Federal Departamentinin Təhlükəsizlik Siyasəti İdarəsinin rəisi Kristian Katrina ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə geniş fikir mübadiləsi aparılıb, regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunub, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Soçi görüşündə təbii və texnogen qəzalar barədə qabaqcadan xəbərdarlıq edilməsi və nəticələrin aradan qaldırılması, transmilli cinayətkarlığın müxtəlif formaları və təzahürləri - terrorizm, narkotrafik, qeyri-leqal miqrasiya, silah və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət, habelə qlobal informasiya cəmiyyətinin formalaşdırılması şəraitində beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması istiqamətində ilk mühüm addımdır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

