Tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur
14.10.2010 [09:31]
Hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyi və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş, amma mərkəzləşdirilməmiş dövlət dəstəyi və qayğısı lazım idi.
Beləliklə, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların-müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın praktik olaraq ana ünsürlərini təşkil edirdi...
Bu gün isə məlum strategiya və siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Hakimiyyətin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir. Xüsusilə də, uzaqgörənliklə müəyyənləşdirilmiş dərin iqtisadi strategiyanın uğurla reallaşdırılmasının mənəvi-ideoloji sahənin inkişafına verdiyi töhfələr strateji mənada yüksək səviyyədə dəyərləndirilməlidir. Yəni, bu iki sahə bir-birinin inkişafını təmin edən və tamamlayan vahidin ayrılmaz hissələri kimi çıxış edir...
Söylədiyimiz inkişaf indikatorlarının daşıyıcısı kimi çıxış edən milli məkanlarımızdan biri də Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvan Azərbaycan hakimiyyətinin müstəsna diqqəti və qayğısı nəticəsində mütəmadi surətdə inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ictimaiyyət qarşısında çıxışı zamanı bildirib ki, Naxçıvanda gözəl quruculuq, abadlıq işləri sürətlə gedir: “Bu, məni çox sevindirir. Hər dəfə Naxçıvanda olanda mən bu yenilikləri, müasir yanaşmanı görürəm”.
Bəli, dövlət başçısının da qeyd etdiyi kimi bu gün Naxçıvanda əhalinin zəruri tələbatlarının ödənilməsi və infrastrukturun yenilənməsi, inkişaf etdirilməsi üçün mövcud olan bütün resurslardan səmərəli şəkildə istifadə edilir. İnsanların yaşaması və işləməsi üçün bütün imkanlar var. İş yerləri açılır, məktəblər, xəstəxanalar, idman qurğuları tikilir, yollar, su kəməri çəkilir.
Bütün bu tədbirlər və reallıqlar isə öz növbəsində mədəni-ideoloji sahənin inkişafına və sahələrarası vəhdətin daha da möhkəmlənməsinə xüsusi təkan verir. Eyni zamanda, Naxçıvan da daxil olmaqla ölkəmizin hər yerində mədəni-ideoloji dəyərlərin qorunması və təbliği, milli mədəniyyət abidələrinin mühafizəsi baxımından çoxistiqamətli iş aparılır. Prezident İlham Əliyev Naxçıvanda olarkən bu məsələni də xüsusi olaraq diqqətə çatdırıb: “Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır”.
Bir sözlə, bu gün Naxçıvan MR-in timsalında ölkəmizdə milli-mənəvi dəyərləri mühafizə və inkişaf etdirməklə həyata keçirilən modernləşmə strategiyasının cizgiləri müşahidə edilir. Maddi mədəniyyət nümunəsi olan tarixi abidələrin qorunması, milli sərvətlərimizə müvafiq yeni maddi mədəniyyət nümunələrinin yaradılaraq istifadəyə verilməsi, ölkə tarixinin əsaslı və hərtərəfli şəkildə öyrənilməsi kimi zəruri strateji tədbirlər milli mədəniyyət və mənəviyyatımızın inkişaf etdirilməsi işinə xüsusi töhfələr verməkdədir. Bu, bir həqiqətdir ki, milli kimliyimizin tərkib hissəsi olan milli dəyərlərimiz Azərbaycan dövlətinin qayğısı nəticəsində blokada şəraitində ən kəskin problemlərə sinə gərən Naxçıvan Muxtar Respublikasının timsalında da ən yüksək səviyyədə qorunur...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30

