Heydər Əliyev özü haqqında
10.05.2022 [09:57]
...Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram.
HEYDƏR ƏLİYEV
Son dərəcə səmimi bir adamam. Xasiyyətim belədir. Çox gənc yaşlarımda böyük bir həyəcanla SSRİ-yə, kommunizmə inandım. Hisslərimlə də buna bağlandım. Qərbdə deyildiyi kimi, fanatik bir marksist-leninçi oldum. Çünki sosialist inqilabı dövründə doğulub böyümüşdüm, başqa bir siyasi sistem, ideologiya tanımırdım. Onda SSRİ də, Azərbaycan da xarici dünya üçün qapalı idi. Azərbaycan KP MK-nın birinci katibi olarkən daha geniş miqyasda düşünməyə, marksizm-leninizmi müxtəlif baxımlardan təhlil etməyə başladım. DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli, türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Moskva bütöv bir imperiya siyasətini tətbiq edirdi. Əgər onların əleyhinə çıxsa idim, həm bunun bir əhəmiyyəti olmayacaqdı, həm də Əliyev ölkədəki digər katiblər kimi məhv ediləcəkdi.
Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkinməyini reallaşdırmaq arzusunda idim.
Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən görmək istəyirdim. Moskvada Sovet ideologiyasına daha yaxından bələd oldum. Fikirlərim get-gedə daha da duruldu, aydınlaşdı. Moskvada xarici dünyanı həm daha açıq, həm də yaxından öyrənmək imkanı əldə etmişdim. Xaricə tez-tez gedib-gəlirdim. Dünyagörüşüm və məlumatım da artırdı. Gəncliyimdən bəri türk xalqlarının tarixini, türk xalqlarının gələcəyini, türklərin əsarət altında qaldıqlarını görür, bilir və narahat olurdum. Hey düşünürdüm. Orta məktəbdə türk yazıçılarının əsərlərini, Tofiq Fikrəti, Əbdülhaq Famidi, Yəhya Kamalı, Rəşad Nurini sevə-sevə oxumuşdum. O vaxt ədəbiyyat kitablarımızda onların əsərləri vardı. Sonra onların hamısı qadağan olundu. Rəşad Nurinin “Çalıquşu” əsərini isə hələ də unutmamışam. Bu roman mənə çox təsir etmişdi. Sonra bunlardan uzaqlaşdıq. Qəlbən olmasa da, fəqət Türkiyəni, türk dünyasını tanımaq imkanımız əlimizdən alındı. DTK-da olarkən əlimə türkcə bir kitab, bir türk yazıçısının əsəri keçsəydi (bunlar toplanıb DTK-nın anbarında mühafizə olunurdu. Oradan götürmək imkanım vardı), gecə otağıma çəkilir, səhərə kimi yatmayıb oxuyurdum. Türk müsəlman dünyası haqqında xəyala dalırdım. Azərbaycana rəhbər təyin olunandan sonra bu fikirlərimi müəyyən şəkildə həyata keçirə biləcəyimi, örtülü şəkildə də olsa, reallaşdıracağımı fikirləşdim. Azərbaycanda bütün hakimiyyət mənim əlimdə, inkişaf ahəngi də elə idi ki, vəziyyətdən istifadə edib millətim üçün daha yaxşı bir dünya, daha yaxşı bir həyat şəraiti yarada bilərdim...
...Bəli, Heydər Əliyev düşündüklərini həyata keçirə bildi, özü isə tarixin və xalqının yaddaşında əvəzsiz Milli Lider, Təkrarolunmaz İnsan, Ulu Öndər kimi əbədiləşdi. Xalq bu Böyük İnsanın xidmətlərini unutmayacaq!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

