/ / Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılışında iştirak edib
Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılışında iştirak edib
22.02.2011 [10:25]
Fabrikin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev fabrikin rəmzi açılışını bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub.
Fabrikin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Burada Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iqtisadiyyatımızın dinamik inkişafı istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət güşələr yaradılıb və videomaterialların göstərildiyi iki böyük ekran quraşdırılıb. Foyenin tavanında Azərbaycanın xüsusi zövqlə hazırlanmış xəritəsi quraşdırılıb.
Bildirilib ki, dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunmuş fabrikin tikintisi 2010-cu ilin yanvarında, avadanlığın quraşdırılması isə bu ilin yanvarında başa çatdırılıb. Fabrikin ümumi dəyəri 7,8 milyon manatdır ki, bunun 55 faizini güzəştli dövlət krediti təşkil edir.
Fabrikdə, hamısı yerli olmaqla, 102 nəfər işləyir ki, yaxın gələcəkdə onların sayının 150-ə çatdırılması nəzərdə tutulub. İşçilərin fabrikə rahat gedib-gəlmələri üçün xüsusi nəqliyyat vasitəsi də ayrılıb.
Dövlətimizin başçısı müəssisənin əsas istehsal sahəsi olan mebel yığımı sexi ilə tanış olub və hazır mebel dəstlərinə baxıb.
Məlumat verilib ki, müəssisədə mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yeniliklər tətbiq edilib. Fabrikdə müştərilərin zövqünə tam cavab verməklə istənilən növdən olan yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi və digər inzibati binalar üçün istehsal edilən mebellər daxili və xarici bazar üçün nəzərdə tutulub. Müştərilər mebelləri hazır model cərgəsindən və ya fərdi sifariş əsasında seçə bilərlər. “M-Line” mebel fabrikində tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə edilən materialların və hazır məhsulların davamlılığını və uzunömürlülüyünü təmin edir.
Sonra Prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basıb və istehsal prosesi ilə tanış olub.
Vurğulanıb ki, fabrikdə təbii ağacdan, MDF-dən, laminə edilmiş MDF-dən, təbii və süni şpondan boyalı və laklı mebellərin istehsalı nəzərdə tutulub. Xammal Braziliya, Almaniya, Avstraliya, Kanada və digər ölkələrdən gətiriləcək. Fabrikdə quraşdırılan Almaniya və İtaliya istehsalı olan avadanlıq mebel istehsalında ən son texnologiyalara əsaslanır. İstehsal sahəsində iki anbar yaradılıb. Böyük anbar ümumi xammal üçün nəzərdə tutulub. Aksessuar anbarı isə avtomatlaşdırılıb. Burada bütün aksessuarlar kompyuter vasitəsilə kodlaşdırılıb. Mebellərin aksessuarları xaricdən gətirilir.
Prezident İlham Əliyevə mebel fabrikinin perspektiv inkişaf planı barədə də məlumat verilib. Vurğulanıb ki, şirkət İSO 9001-2008 Beynəlxalq İdarəetmə və Azərbaycan istehsal standartlarına malikdir. Müəssisədə işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb. Fabrikin 80 nəfərlik yeməkxanası və tibb məntəqəsi var.
Burada İtaliyanın “Galletti” firmasının istehsalı olan havalandırma və tam avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri quraşdırılıb, 600 kubmetr həcmində yeraltı su anbarı tikilib. Ərazidə əsaslı abadlıq işləri aparılıb.
Taxta emalı sahəsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, fabrikdə sifarişlərə uyğun olaraq əllə işlənmiş mebellər də hazırlanacaq. Burada, həmçinin, keyfiyyət nəzarət masası da yaradılıb. Mebellər bazara həm xarici, həm də yerli adlarla çıxarılacaq. Fabrikdə boyama işləri xüsusi sahədə həm avtomatik, həm də əl ilə aparılacaq. İlk dəfə olaraq, fabrikdə aylıq istehsal gücü 18-20 min kvadratmetr olan poliuretan üzlük materiallarının isteshal xətti quraşdırılıb.
Prezident İlham Əliyev poliuretan sexində istehsal olunmuş məhsullara baxıb.
Dövlətimizin başçısı fabrikdə yaradılmış şəraitdən və istehal prosesindən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35

