/ / Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul ediblər
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul ediblər
17.05.2011 [03:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini mayın 16-da qəbul ediblər.
Dövlətimizin başçısı nümayəndələri təbrik edərək deyib: “Mən sizi ürəkdən təbrik edirəm. Siz “Eurovision” mahnı müsabiqəsində ölkəmizi çox ləyaqətlə təmsil etmisiniz, böyük qələbə qazanmısınız. Bu qələbə ölkəmizin qələbəsidir, sizin qələbənizdir. Bu qələbə ilə siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Yəqin bilirsiniz ki, qələbədən sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin qələbənizi qeyd etdi. Azərbaycan bayrağı dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq. Siz doğrudan da ölkəmizi ləyaqətlə təmsil etdiniz.
Biz “Eurovision” müsabiqəsində dördüncü dəfədir ki, iştirak edirik. Bütün bu illərdə yaxşı nəticələr göstərmişik. Ancaq bu nəticə əlbəttə ki, ən gözəl nəticədir və zirvədir.
Onu da deyə bilərəm ki, “Eurovision”da iştirakımızın təşəbbüskarı Heydər Əliyev Fondu, Mehriban xanım olmuşdur. Biz bu yarışa onun təşəbbüsü ilə qoşulduq və bütün bu illərdə Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, İctimai Televiziya və digər qurumlar çox fəal işlədilər. Hər il biz qələbəyə daha da yaxınlaşırdıq.
Bu müsabiqə deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaqdır. Siz də artıq tarixdə varsınız. “Eurovision” tarixində Azərbaycan öz sözünü demişdir. Bu, əlbəttə ki, hamımızı çox sevindirir.
Mən sizi bir daha təbrik edirəm! Sizə uğurlar arzulayıram! Əminəm ki, bundan sonra da siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Beləliklə, Azərbaycan bu sahədə də dünyada öz sözünü dedi. Biz idmanda qələbələrə öyrəşmişik. İdmançılarımız müxtəlif yarışlarda qələbələrlə bizi sevindirirlər. Bu sahədə isə birinci qələbədir. Bir daha sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram!”.
Sonra Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Eldar Qasımov təşəkkür edərək deyib: “Mən Sizi təbrik etmək istəyirəm. çünki bu, bizim qələbəmizdir, bütün Azərbaycanın qələbəsidir”.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22

