Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır
10.08.2011 [10:38]
Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız işğal olunub. Beynəlxalq hüquq normalarını, insan hüquqları kodekslərini pozan, müstəqil dövlətin sərhədlərini zorla dəyişdirməyə cəhd edən Ermənistan ötən illər ərzində münaqişənin tənzimlənməsi prosesində qeyri-konstruktiv mövqe sərgiləməklə, işğalçılıq siyasətini davam etdirdiyini bütün dünyaya nümayiş etdirib. Son dövrlərdə problemin nizamlanması istiqamətində danışıqlar dinamikliyi ilə seçilsə də, rəsmi İrəvan dəfələrlə imitativ manevrlərlə bu danışıqları pozmağa çalışıb və bölgədəki müvəqqəti status-kvonun saxlanmasına cəhd göstərib. Bununla yanaşı, Azərbaycanın nizamlanma prosesindəki birmənalı mövqeyini bilə-bilə xarici ölkələri, ən əsası isə münaqişənin tənzimlənməsində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunu aldatmağa çalışan Ermənistan, rəsmi şəkildə sülhün bərqərarına maneçilik törətdiyini nümayiş etdirir.
Azərbaycan dövlətinin apardığı təmkinli və davamlı xarici siyasət kursu, göstərilən fəaliyyət münaqişənin tənzimlənməsi prosesində artıq öz nəticəsini göstərməkdədir. Ermənilərin illərlə yaratdıqları informasiya blokadasını yararaq dünyaya əsl həqiqətləri çatdıran Azərbaycan dövləti artıq beynəlxalq təşkilatların və böyük dövlətlərin məsələyə münasibətinin ədalət prinsipi əsasında formalaşmasına nail olub. Bu isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına təkan verən amillərdəndir.
Vurğulamaq lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin qarşısında duran yeganə böyük problemdir. 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə keçirilən hərbi paradda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızın uzun illərdir ki, işğal altında olduğunu, o cümlədən, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını vurğulayıb. Dövlət başçısı bildirib ki, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb: “Torpaqlarımızın 20 faizi işğal altındadır. Əfsuslar olsun ki, bu ədalətsizlik hələ də davam edir. Halbuki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və son zamanlar verilən yeni bəyanatlar, mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən qərarlar, qəbul edilmiş qətnamələr bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, məsələ öz həllini hələ ki, tapmır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının - dünyanın ən mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri icra edilmir”.
Münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın mövqeyi birmənalıdır-Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Dövlət başçısı öz çıxışında qəti surətdə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır: “Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir”.
Münaqişənin tənzimlənməsi prosesində sülh danışıqlarına sadiqlik nümayiş etdirən Azərbaycan danışıq xatirinə danışıq aparmaq niyyətində deyil. İqtisadi cəhətdən yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də hərbi gücü Ermənistandan qat-qat çoxdur. Bu isə ölkəmizin öz ərazi bütövluyünü hərbi yolla bərpa etməsinə imkan verir. Prezident İlham Əliyev də çıxışında ölkəmizin müharibə şəraitində yaşadığını önə çəkib. Silahlı Qüvvələrin Ali Baş Komandanı bildirib ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə, ordu quruculuğuna diqqət göstərməlidir: “Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğaldan azad olunmayana qədər bu, belə olacaqdır. Sülh müqaviləsi bağlanarsa, işğala son qoyulandan sonra əlbəttə ki, bu qədər xərcə bəlkə də ehtiyac olmayacaqdır. Ancaq eyni zamanda, ondan sonra da istənilən şəraitdə ordumuz daim yüksək hazırlıq nümayiş etdirməlidir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün biz bütün imkanlardan istifadə edəcəyik”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

