Köçün növbəti ünvanı - Xankəndi
21.12.2023 [10:00]
Tarixi proseslərə şahidlik edirik. 2020-ci ildə Müzəffər Silahlı Qüvvələrimiz 44 günlük müharibədə düşməni kapitulyasiyaya məruz qoyaraq tarixdə əbədi qalacaq şanlı Zəfərə imza atdı. Bu Zəfər sayəsində ölkəmizin əraz bütövlüyü hərbi-siyasi yolla təmin olundu. Postmüharibə dövründə güclü dövlət olan Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirib. O cümlədən bərpa olunan yaşayış məntəqələrinin məskunlaşdırılmasına başlanıb. Həmin ərazilərə 2022-ci ildən başlayan köç karvanlarının, həmçinin məskunlaşdırılan kənd və şəhərlərin sayı getdikcə artır. Artıq bu siyahıya tarixi Azərbaycan şəhəri olan Xankəndinin əlavə ediləcəyi gün də uzaqda deyil.
Erməni vandalizminin izi ilə - Xankəndidən azərbaycanlıların zorla qovulması
Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Mlibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi. Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə hədiyyə olunub.
Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb. Keçmiş sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılıb. Cəmiyyətin tələbini nəzərə alan Azərbaycan SSR Ali Soveti isə 1991-ci ildə bəhs olunan yaşayış məntəqəsinin tarixi adının - Xankəndinin bərpa edilməsi ilə bağlı qərar imzalayıb
Ötən əsrin səksəninci illərinin sonlarından etibarən keçmiş Dağlıq Qarabağda məlum hadisələr başlayanda separatçıların məkrli planlarına tuş gələnlər sırasında Xankəndidə yaşayan azərbaycanlılar da var idi. Xankəndinin azərbaycanlı sakinlərinə qarşı genişmiqyaslı talanlardan biri 1988-ci ilin 18 sentyabrıında törədilib. Həmin gün ermənilər şəhərdə yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Xankəndi şəhər daxili işlər şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi mayor Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürüblər. Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi. 18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 ev yandırılıb. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olunub.
1991-ci il dekabrın 28-də azərbaycanlıların yığcam yaşadıqları Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən ələ keçirilməsi ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb. Orada separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və bununla da1988-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə yekunlaşıb.
Qayıdış günü uzaqda deyil
Verilən məlumatlara görə, məlum hadisələr zamanı Xankəndidən təxminən 15 min azərbaycanlı didərgin düşüb. Tarixi yurd yerləindən qovulan xankəndlilər respublikanın 41 rayonunda məskunlaşdırılıb.
Yaman günün ömrü az olar, deyiblər. Xankəndidən olan azərbaycanlıların da üç onillik ərzində yaşadıqları məşəqqətli qaçqınlıq və məcburi köçkünlük dövrünün sona çatacağı günə az qalıb. Müzəffər Silahlı Qüvvələrimiz sentyabrın 19 hələ də separatçıların nəzarətində olan ərazilərimizdə uğurlu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Nəticədə, separatçılar ağ bayraq qaldırdılar. Artıq bəhs olunan ərazilərdə, o cümlədən də Xankəndidə suverenliyimiz tam təmin olunub. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza sonsuz qürur hissi yaşatdı.
Növbəti mərhələdə isə Xankəndinə zamanında orada yaşamış soydaşlarımızın köçürülməsi həyata keçiriləcək. Verilən məlumatlara görə, işğaldan azad edilmiş ərazilərə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb. Bildirilib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görülür.
Xatırladaq ki, uğurlu antiterror tədbirlərindən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev otuz iki əvvəl Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb. Görüşdə yeni yaranmış situasiyada tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi diqqətə çatdırılıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

