Azərbaycan dövləti bütün problemlərini öz gücünə həll etməyə qadirdir
12.05.2012 [09:48]
Xəbər verildiyi kimi, mayın 7-də Zaqatala ərazisində 12 ballıq Rixter şkalası üzrə 7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbaraq, Mamrux, Zəyəm, Muxax, Bazar, Kımır və çobankol, eləcə də, Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndlərində ciddi dağıntılar baş verib. Təbii fəlakət nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev uçub və ya qəzalı vəziyyətə düşüb. Bu üç rayonda 74 məktəb ciddi zərər çəkib. Həmçinin, 48 uşaq bağçası, 2 lisey, 40 inzibati bina, 9 tibb məntəqəsi, 4 məscid - cəmi 177 sosial obyekt uçub və ya qəzalı vəziyyətdədir. İnsan tələfatı yoxdur.
Dövlət başçısının tapşırığına uyğun olaraq, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılıb və işçi qruplar dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görüb. Əhali təhlükəsiz yerlərə köçürülüb. Qısa müddət ərzində rayona Fövqəladə Hallar Nazirliyi tərəfindən çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirilib və həmin proses hazırda davam etdirilir. Eləcə də, zəlzələdən ziyan çəkən evlərin sakinlərinin müvəqqəti yerləşdirilməsi, onların ərzaq təminatı, səhiyyə və digər xidmətlərlə təmin olunması istiqamətində dövlət başçısının tapşırıqlarına uyğun olaraq tədbirlər görülüb.
Mayın 9-da zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün Prezident İlham Əliyev Zaqatalada olub. Prezident zəlzələdən ziyan çəkən bütün ailələrə dövlətin hərtərəfli kömək göstərəcəyini, uçan evlərin yerində ən müasir tələblərə cavab verən və sahəsinə görə əvvəlkilərdən daha böyük olacaq yeni evlərin inşa ediləcəyini bildirib. ötən illərdə ölkəmizdə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında olduğu kimi, bu dəfə də Azərbaycan dövlətinin zəlzələdən ziyan çəkənlərə köməyini əsirgəməyəcəyini vurğulayan dövlət başçısı bu xüsusda aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verib. Prezident İlham Əliyev deyib: “Bizim siyasətimizin mərkəzində insan amili dayanır. Bizim siyasətimiz sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar, ilk növbədə, insanların rahat yaşamasına yönəldilibdir. Əlbəttə, ağır vəziyyətə düşmüş vətəndaşlarımızın problemlərinin həlli bizim üçün, həmişə olduğu kimi, prioritetdir. Bizim dövlət güclü dövlətdir, biz istənilən sınaqdan şərəflə çıxa bilirik və təcrübə də bunu göstərmişdir. İki il bundan əvvəl baş vermiş daşqınlar nəticəsində minlərlə ev dağılmışdı. O evlər yenidən quruldu, yeni qəsəbələr tikildi, kəndlər bərpa edildi, məktəblər inşa olundu, yollar çəkildi”.
Həmçinin, Zaqatala rayonunda zəlzələ ilə bağlı keçirilən müşavirədə dövlət başçısı bildirib ki, baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Lakin dağıntıların dərəcəsindən asılı olaraq vəsaitin artırılacağı gözlənilir.
Əlbəttə, Azərbaycanda aparılan islahatlar və düzgün seçilmiş iqtisadi siyasət strategiyasının icra edilməsi uğurların sayının artmasına xidmət edir. Lakin heç bir fərd gözlənilməz qəzalarla üzləşməkdən sığortalanmadığı kimi, dövlət də təbii fəlakətlərlə qarşılaşmaqdan sığortalanmayıb. Məsələ də ani baş verən təbii fəlakətin qarşısının alınması, vurduğu ziyanın vaxtında və lazımi səviyyədə aradan qaldırılmasına hazır olmaqdır ki, Azərbaycan hökuməti 2010-cu ilin may-aprel aylarında Kür-Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakətdən üzüağ çıxa bilmişdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vurğulayıb ki, güclü iqtisadiyyatı olan ölkəmizin bu dəfə də öz hesabına mayın 7-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün müvafiq tədbirləri həyata keçirəcək: “Ancaq bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycan bu çətin sınaqdan şərəflə çıxacaqdır. Bütün evləri öz gücümüzə bərpa edəcəyik. Bizim indi imkanlarımız, gücümüz vardır. Bizim xilasedicilər müxtəlif ölkələrdə baş vermiş zəlzələlərin, yanğınların nəticələrinin aradan qaldırılmasında iştirak edirlər, başqa ölkələrə kömək göstərirlər. Ancaq bu məsələləri biz özümüz öz gücümüzə həll edirik”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37

