/ / Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib
17.05.2012 [00:14]
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşılayıb.
İclası açan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Birliyin üzvü olan ölkələrin dövlət başçılarına dəvəti qəbul etdikləri üçün təşəkkürünü bildirib, qeyd edib ki, Rusiya MDB ölkələri ilə hərtərəfli əlaqələrə çox böyük önəm verir.
MDB-də sədrlik edən Türkmənistan dövlətinin başçısı Qurbanqulu Berdiməhəmmədov isə çıxışında Birlik məkanında müxtəlif sahələrdə əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğulayıb.
İclasda MDB çərçivəsində inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.
* * *
Mayın 15-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin görüşü olub.
Əlaqələrimizin müxtəlif sahələrdə inkişafından məmnunluğun ifadə olunduğu görüşdə dövlət başçıları Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd ediblər.
Görüşdə ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
* * *
Mayın 15-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə olunub. Qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına böyük töhfə verdiyi vurğulanıb. İkitərəfli faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğu bildirilib.
* * *
Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 15-də Rusiyaya işgüzar səfəri başa çatıb. Moskvanın Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

