Daxili İşlər Nazirliyinin Zuğulbadakı "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olub
17.05.2012 [00:14]
Dünən Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 13,5 hektar ərazidə salınan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, nəzarət-buraxılış məntəqəsi, konfrans bölməsi, idman meydançaları, açıq və qapalı hovuzlar, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında müxtəlif iaşə obyektləri və digər istirahət guşələri yaradılıb. İnşa edilmiş bina və qurğuların ümumi sahəsi 30 min kvadratmetrdir. Mərkəzin su təchizatı məqsədi ilə artezian quyuları qazılıb. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb. Dəniz gəzintisi üçün xüsusi ərazi var. “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi bütün zəruri mühəndis-kommunikasiya və müasir işıqlandırma sistemləri ilə təchiz olunub. Mərkəzin ərazisindəki yollar da yenidən qurulub.
Əsas korpusla tanışlıq zamanı bildirilib ki, müasir memarlıq üslubunda inşa olunmuş yeddimərtəbəli binanın ümumi sahəsi 25 min kvadratmetrə yaxındır. Burada 328 yerlik yataq və istirahət otaqları yaradılıb. Binanın foyesində və birinci mərtəbəsində istirahət guşələri qurulub. Mərkəzdə müasir tələblərə cavab verən iaşə obyektləri inşa olunub. Müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik konfrans zalında hər cür şərait var. Burada fitnes və ən müasir idman avadanlığı quraşdırılıb, uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir.
Sonra Prezident İlham Əliyev mərkəzin otaqlarında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bütün otaqlarda istirahət üçün yüksək şərait var. Otaqlardan Xəzər dənizinə gözəl mənzərə açılır.
Daha sonra Azərbaycan Prezidenti mərkəzin ərazisini gəzib. Qeyd olunub ki, mərkəzin dənizə baxan hissəsində 160 kvadratmetr ərazidə dekorativ su hovuzu inşa olunub. Ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 8 kottec tikilib. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulub. Mərkəzdə qonaqların istirahətinin yüksək səviyyədə təşkili məqsədi ilə sahilə yaxın ərazidə ilin müxtəlif mövsümlərində iaşə obyektləri fəaliyyət göstərəcək. Bu istirahət guşələri də müasir standartlar səviyyəsində qurulub. Dəniz gəzintisinə çıxmaq istəyənlər qayıqlardan istifadə edə biləcəklər. İstirahət məkanını dənizin çimərliyi tamamlayır.
Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivi təbrik edib, uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

