Dağlıq Qarabağ probleminin həllinə ən böyük maneə Ermənistanın qeyri-konstruktiv mövqeyidir
14.06.2012 [22:56]
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər digər problemlərin də həllində əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, ölkəmizdə aparılan düzgün iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan demək olar ki, əksər problemlərini həll etməyi bacarıb. Bununla belə, ölkəmizin həlli ən vacib sayılan prioritet problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Arxada qoyduğumuz 2011-ci ildə sözügedən problemin həlli istiqamətində əhəmiyyətli uğurlar əldə olunub. Bu uğurların sırasında bir sıra beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı bəyanatları xüsusi qeyd olunmalıdır. Dünyanın aparıcı ölkələri, o cümlədən, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləyib. Bu isə ölkəmizə istər danışıqlar prosesində, istərsə də problemin başqa vasitələrlə həlli istiqamətində üstünlük qazandırıb. Azərbaycan tərəfi hər zaman münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib. Təəssüf ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin 2011-ci ildə həllinə mane oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında da bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, Ermənistan uzun illərdir ki, beynəlxalq hüququ kobudcasına tapdalayır, beynəlxalq hüquq normalarına riayət etmir: “Dünyanın mötəbər, aparıcı beynəlxalq təşkilatlarının qətnamələrinə əhəmiyyət vermir, məhəl qoymur. Nə hərb, nə sülh vəziyyəti davam edir. Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıbdır. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır”.
Amma Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə ümidini itirməyib. öz prinsipial mövqeyindən geri çəkilməyən Azərbaycan hər zaman bildirib ki, münaqişənin yalnız bir həll yolu var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Prezident İlham Əliyev bildirib ki, məsələnin sülh yolu ilə həllini tapmasına ən böyük maneə Ermənistanın qeyri-konstruktiv mövqeyidir: “Ermənistanın qeyri-konstruktiv mövqeyi və indiki vəziyyəti uzatmaq cəhdləri hələ imkan vermir ki, məsələ həllini tapsın. Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Bizi bu günə yaxınlaşdıran amillər həm siyasi, həm iqtisadi və digər sahələrlə bağlıdır. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz vardır”.
Bəli, qeyd olunduğu kimi artıq illərdir ki, Ermənistan özünün qeyri-konstruktiv mövqeyi ilə münaqişənin sülh danışıqları vasitəsilə həllinə maneçilik törədir. Məhz bunun nəticəsidir ki, problemin həlli istiqamətində zaman-zaman alternativ yollar, o cümlədən, müharibə variantı da öz aktuallığını qoruyur. Təbii ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli prosesində sülh yoluna üstünlük verdiyini qeyd edir. Bununla yanaşı, ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda digər variantlardan da istifadə etməyə hazırdır. Bu gün Cənubi Qafqaz regionunun ən güclü ordusu məhz Azərbaycan Silahlı Qüvvələridir. ölkəmizdə hər zaman büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin həcminin artırılması istiqamətində davamlı tədbirlər görülüb. Bunun nəticəsidir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın hərbi potensialı işğal altında olan ərazilərimizin azad edilməsinə imkan verir: “Məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik-siyasi imkanlardan istifadə edirik, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Bu istiqamətdə də böyük addımlar atılmışdır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır. Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

