Aqrar sektora göstərilən qayğı sayəsində kənd təsərrüfatında məhsuldarlıq artıb
14.06.2012 [23:14]
Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Belə ki, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.
ötən ay 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda iştirak edən Prezident İlham Əliyev də aqrar sektorun inkişafının dövlətin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğulayıb: “Kənd təsərrüfatı inkişaf etdirilməlidir. çünki əhalimizin, demək olar ki, yarısı aqrar sektorda çalışır. Bu sahə də prioritetlər sırasındadır. Yəni, hər bir sahə prioritetdir. Amma, əgər əvvəlki dövrdə biz prioritetlər deyəndə, ilk növbədə, neft-qaz sektorunu nəzərdə tuturduqsa, hazırda, bu, belə deyildir”.
ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını orta qoyur. Hazırda ölkəmizdə bu istiqamətdə də böyük işlər görülür. Bununla yanaşı, aqrar sektorda həyata keçirilən islahatlar sayəsində ölkədə bir sıra kənd təsərrüfatı məhsulları istehsalı daxili tələbatı üstələyir. Belə olan təqdirdə həmin məhsulların xarici bazarlara çıxmaq şansı da artır.
Kənd təsərrüfatının inkişafının rəqəmlərlə ifadəsinə gəldikdə isə, aqrar sahəyə göstərilən qayğı və dəstəyin nəticəsində ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında, əvvəki illərdə olduğu kimi, dinamik inkişaf müşahidə edilib. Göstəriciyə görə cari ilin birinci rübündə artım ümumilikdə 3,1 faiz təşkil edib. Bu artım bitkiçilikdə 6,4 faiz, heyvandarlıqda 3,2 faiz olub. Müqayisə üçün bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının yığımı haqqında 2011-ci il dekabrın 1-nə olan məlumatına görə həmin ildə dənli bitkilər əkilən 967 min 338 hektar sahənin 966 min 981 hektarından (99,9 faiz) 2 milyon 457 min 854 ton məhsul yığılıb. Bu rəqəm 2010-cu ilin müvafiq dövrünə nisbətən 22,9 faiz çoxdur. Eyni zamanda, kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da inkişaf edib. Son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər məhsul istehsalına öz müsbət təsirini göstərib.
Məlum olduğu kimi, Azərbaycanda iqtisadi sahədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini əhalinin ərzaq təminatının yüksək səviyyədə təmin olunması təşkil edir. Əhalinin etibarlı ərzaq təminatını həm də ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının əsas şərtlərindən biri kimi xarakterizə etmək olar.
Beləliklə də, ölkəmizdə əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülüb. Respublikamızda uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışının təşkilində də ciddi struktur dəyişiklikləri baş verib, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu anbar kompleksləri tikilib və bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, əkin sahələrinə xidmət göstərmək məqsədilə yeni aqroservis müəssisələri yaradılır.
Qeyd edək ki, görülən tədbirlər nəticəsində məhsul bolluğu və mövsümlə əlaqədar olaraq bu ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından unun, manna və qarabaşaq yarmalarının, çörəyin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, kərə yağının, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, portağalın, bananın, almanın, armudun, albalı və gilasın, alçanın, çiyələyin, şabalıdın, göyərtinin, kələmin, pomidor və xiyarın, bibərin, badımcanın, göy lobyanın, sarımsağın, göbələyin, kartofun qiyməti ucuzlaşıb.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

