/ / Prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci və ikinci hissələrinin layihələri çərçivəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci və ikinci hissələrinin layihələri çərçivəsində görülən işlərlə tanış olub
04.07.2012 [23:20]
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ötürücülərinin tikilməsi, magistral yolların salınması, yeraltı və yerüstü keçidlərin inşası davam etdirilir. Prezident İlham Əliyevin abadlıq və quruculuq işlərini daim diqqət mərkəzində saxlaması nəticəsində görülən işlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən görülən məqsədyönlü tədbirlər nəticəsində paytaxtın yol-nəqliyyat infrastrukturuna yeni obyektlər əlavə olunub.
Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısında tikilmiş tunelin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 65 metrə, eni isə 23 metrə yaxın olan tunelin inşası yüksək keyfiyyətlə başa çatdırılıb. Dörd zolaqdan ibarət tunelin hərəkət hissəsinin eni 15 metrdir. Yolun bu sahəsinin müxtəlif hissələrində yeraltı piyada keçidlərinin inşasının başa çatdırıldığı, körpünün tikintisinin isə tamamlanmaq üzrə olduğu bildirilib.
Dövlətimizin başçısı tunelin açılışını bildirən lenti kəsib.
Açılışdan sonra Prezident İlham Əliyev yolun rahatlığını yoxlamaq üçün sükan arxasına keçərək avtomobili idarə edib.
Sonra Prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olub. Layihənin texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, layihəyə görə 6 zolaqdan ibarət yolun bu hissəsinin ümumi uzunluğu 28 kilometr, hərəkət zolaqlarının eni isə 4 metrə yaxındır. Yol boyu avtomobil və dəmir yollarının üzərində 12 körpünün və yol ötürücüsünün inşası nəzərdə tutulur. Bu yolun inşasında əsas məqsəd Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrini strateji əhəmiyyətli Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh-Sumqayıt avtomobil magistralı vasitəsilə paytaxta daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində beynəlxalq nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, yeni magistral həmin yaşayış məntəqələrinə Bakı-Şamaxı avtomobil yoluna çıxmaqla respublikanın qərb zonası ilə təhlükəsiz, iqtisadi baxımdan daha səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
Layihə ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56

