Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Abşeron rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar

Abşeron rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar

24.10.2025 [22:28]

Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Rayonun Mehdiabad qəsəbə sakini polisə müraciət edərək kartından 1330 manatının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon ərazisində bir nəfərin bankomatda unutduğu pulunu götürən, digərinin isə itirdiyi bank kartından alış-veriş etməkdə şübhəli bilinən R.Səfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30