Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib

Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib

19.10.2024 [14:59]

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda birlik, birləşmə və əlahiddə bölmələrdən 6 komanda üzrə 59 nəfər iştirak edib. Komandalar müxtəlif məsafələrə qaçış, turnikdə dartınma, turnikdə aşaraq dayağa qalxma, eləcə də estafet yarışlarında güclərini sınayıblar.

Yarışa Quru Qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik ediblər.

Hərbi qulluqçuların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi məqsədilə keçirilən yarışın yekununda qaliblərə kubok və medallar təqdim edilib.

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31