Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsi üzrə müzakirələr aparılıb
29.10.2024 [21:30]
Oktyabrın 29-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, V.Mustafayev Pakistanla dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, xalqlarımız arasında tarixi-mənəvi bağlılıqların, yüksək səviyyəli qarşılıqlı etimadın mövcudluğunu vurğulayıb.
O, Pakistanla hərbi-texniki sahədə əməkdaşlığın Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün faydalı olduğunu qeyd edib.
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri olan V.Mustafayev Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində aparılan işlərlə bağlı geniş məlumat verib.
General S.Ş.Mirza qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün önəmindən danışıb.
Qonaq son illərdə Azərbaycanda müasir müdafiə sənayesi sahəsinin sürətlə inkişaf etdiyini, birgə əməkdaşlığın zəruriliyini diqqətə çatdırıb.
Tərəflər Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

