/ / Zakir Həsənov: Müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla bölgədə sülhün və əmin-amanlığın qarantına çevrilib
Zakir Həsənov: Müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla bölgədə sülhün və əmin-amanlığın qarantına çevrilib
28.06.2025 [21:29]
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir. Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və hərbi tibb fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ulu Öndərin layiqli davamçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla bölgədə sülhün və əmin-amanlığın qarantına çevrilib. Ordu quruculuğunun əsas istiqamətlərindən biri olan hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar artıq öz bəhrəsini verir.
"Azərbaycan Ordusunun peşəkar hərbi kadrlarla təmin olunmasında Hərbi İnstitutun rolu əhəmiyyətli və danılmazdır. İnstitutun məzunları Birinci və İkinci Qarabağ müharibələrində, eləcə antiterror və digər əməliyyatlarda fəal iştirak edib, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası naminə göstərdikləri qəhrəmanlıq və şücaətlərə görə yüksək dövlət təltiflərinə layiq görülüblər. Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı döyüş əməliyyatları nəhayət 2023-cü ildə keçirilən antiterror əməliyyatı hərbi qulluqçuların peşəkarlığını, şəxsi heyətin Qələbə əzmini yüksək olduğunu göstərdi. Təntənəli mərasimdə bütün şəhidlərimizi, o cümlədən Hərbi İnstitutun şəhid və kursantlarını dərin ehtiramla yad edir, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçulara Allahdan şəfa diləyirəm.
Əziz valideynlər, bu gün siz arzularınıza çatmısınız. Çəkdiyiniz ata-ana zəhmətiniz hədər getməyib. Övladlarınız peşələrin ən müqəddəsi hesab edilən zabit peşəsinə yiyələnib və Azərbaycan Ordusunda zabit kimi xidmətə başlayırlar. Onlarla fəxr edin.
Əziz gənc zabitlər, sizin hər birinizə cansağlığı, şəxsi həyatda və gələcək xidmətinizdə uğurlar arzulayıram. İnanıram ki, qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək üçün vicdanla çalışacaq, Azərbaycan zabiti adını şərəflə qoruyacaq və Ali Baş Komandanın istənilən əmrinə daim hazır olacaqsınız. Unutmayın ki, xalqımız sizin hər birinizdən şəxsi fədakarlıq, mətanət, mərdlik və qəhrəmanlıq nümunəsi gözləyir. Vətənə müqəddəs xidmətinizdə sizə uğurlar arzulayıram", - deyə nazir fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
03 Aprel 23:14
Dünya
03 Aprel 22:46
Dünya
03 Aprel 22:17
İdman
03 Aprel 21:55
Dünya
03 Aprel 21:29
Elm
03 Aprel 20:52
Turizm
03 Aprel 20:21
İdman
03 Aprel 19:45
Dünya
03 Aprel 19:17
Dünya
03 Aprel 18:50
Elm
03 Aprel 18:26
İdman
03 Aprel 17:40
Dünya
03 Aprel 17:22
Dünya
03 Aprel 16:36
Dünya
03 Aprel 16:19
Dünya
03 Aprel 16:03
Dünya
03 Aprel 15:43
Elm
03 Aprel 15:34
Dünya
03 Aprel 15:28
Elm
03 Aprel 14:37
Dünya
03 Aprel 14:34
Sosial
03 Aprel 14:14
Dünya
03 Aprel 14:10
YAP xəbərləri
03 Aprel 14:05
YAP xəbərləri
03 Aprel 14:03
Siyasət
03 Aprel 14:00
Dünya
03 Aprel 13:52
Dünya
03 Aprel 13:21
İdman
03 Aprel 13:21
Sosial
03 Aprel 13:20
İqtisadiyyat
03 Aprel 13:19
Dünya
03 Aprel 12:45
Hadisə
03 Aprel 12:19
Siyasət
03 Aprel 12:03
YAP xəbərləri
03 Aprel 12:00
Gündəm
03 Aprel 11:36
İqtisadiyyat
03 Aprel 11:31
Gündəm
03 Aprel 11:30
Gündəm
03 Aprel 11:14
Gündəm
03 Aprel 10:58
Gündəm
03 Aprel 10:35
Analitik
03 Aprel 10:12
Gündəm
03 Aprel 09:51
Analitik
03 Aprel 09:32
Gündəm
03 Aprel 09:15
Elm
03 Aprel 08:52
MEDİA
03 Aprel 08:30
Gündəm
03 Aprel 08:14
Dünya
03 Aprel 07:32
Dünya
03 Aprel 07:22
Hərbi
03 Aprel 07:20
Dünya
02 Aprel 23:48
Dünya
02 Aprel 23:32
Dünya
02 Aprel 23:17
Dünya
02 Aprel 22:49
Dünya
02 Aprel 22:25
Dünya
02 Aprel 22:12
Dünya
02 Aprel 21:58
Dünya
02 Aprel 21:20
Gündəm
02 Aprel 21:00
Dünya
02 Aprel 20:41
İqtisadiyyat
02 Aprel 20:38
Dünya
02 Aprel 20:13
Dünya
02 Aprel 19:50
Elm
02 Aprel 19:49
Dünya
02 Aprel 19:33
İqtisadiyyat
02 Aprel 19:22
Siyasət
02 Aprel 19:19
Dünya
02 Aprel 18:29
Dünya
02 Aprel 18:27

