Diqqət, top qapıdadır...
10.12.2024 [08:33]
İdman hər kəsin həyatında böyük rol oynayır. Belə ki, idmanın uşaqlara akademik səviyyədə fayda verdiyi elmi faktdır. Bu idman növləri içərisində futbol xüsusilə fərqlənir. Futbol uşağın zehni, emosional və sosial keyfiyyətlərinin inkişafı üçün təməl rolunu oynayır.
Dostluq, qardaşlıq, kollektiv əmək...
Futbolun insanlar üçün öyrədə biləcəyi çox məqam da var: sahiblik, münaqişələrin həlli, emosional cavabların idarə edilməsi, konstruktiv tənqidi qəbul etmək, başqalarına hörmət etmək, motivasiya yaratmaq və s. Bu baxımdan futbol aktiv həyat tərzini təşviq edir, ünsiyyət bacarıqlarını inkişaf etdirir. Futbolda fəaliyyətin kollektiv forması onlarda dostluq, qardaşlıq, qarşılıqlı yardım xüsusiyyətlərini tərbiyə etməklə bərabər, başqa lazımi keyfiyyətləri formalaşdırır. Bu isə futbolçularda əsaslı əhəmiyyət daşıyan şəxsi marağın kollektiv maraqlara tabe olmaq kimi vərdişlərini aşılayır.
Dekabrın 10-u Ümumdünya futbol günü kimi qeyd olunur. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edilib. Qərar planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul olunub.
“Bütün dünyanı zəbt etmiş”
Futbol üzrə dünya çempionatını adətən ümumi olaraq “Mundial” adlandırırlar. Bu, ispan mənşəli sözdür. Mənası “bütün dünyanı zəbt etmiş, bürümüş” deməkdir. Bu ifadə pərəstişkarlar tərəfindən 1982-ci ildən etibarən işlədilməyə və qəbul edilməyə başlanıldı. Bundan sonra kəlmə daha da genişləndi və nəticədə futbol üzrə dünya çempi?natı bu cür adlandırıldı.
Futbol geyimlərinin nömrələnmə tarixi
Futbol geyimləri 90 ildən çoxdur ki, nömrələnir. İlk dəfə rəqəmləmə 1928-ci ildə “Çelsi” ilə “Arsenal”ın görüşündə baş vermişdi. Statistikaya uyğun olaraq London klublarının geyim nömrələri 1-dən 11-ə qədər nömrələnir. Ənənə tam olaraq 10 il sonra ümumi xarakter aldı. Bu gün isə məhz nömrələnmə oyunçuların özünü təsdiqi və dünya ulduzlarının fərqləndirilməsi üçün gərəklidir.
Başla oyun...
Bu element yalnız futbola xasdır. İdmanın oyun növlərinin heç birində topun yerdəyişməsi başla edilmir. Oyunun böyük hissəsinin yerdə getdiyinə baxmayaraq, başla oyun futbolun ayrılmaz tərkib hissəsi olaraq qalır, futbolçular öz oyun rollarından asılı olmayaraq, həm hücumda, həm də müdafiə olunarkən havada başla məharətlə oynamağı bacarmalıdırlar.
Niyə 11 nəfər?
Futbol komandasında oyunçuların sayının 11 nəfərdən ibarət olması fikrini ilk dəfə ingilislər, daha dəqiq desək, ingiltərəli tələbələr irəli sürüblər.
Futbolun yaranma tarixi 1863-cü il hesab olunur. Çünki həmin ildə ilk Futbol Assosiasiyası yaradılıb və indiki qaydalara uyğun gələn qaydalar tətbiq olunub. Bu qaydalar içərisində Kembric tələbələrindən qalan bircə qayda var idi, o da - oyunçuların sayının 11 nəfər olması. Bəs kembricli tələbələr nə üçün - “komandada oyunçuların sayı 11 nəfər olsun”- qaydasını qoyublar? O zamanlar Kembric Universitetinin yataqxanasında otaqlar 11 çarpayılıq idi. Yəni hər otaqda 11 tələbə qalırdı. Universitetdə isə tələbələr otaqlar arasında futbol yarışması keçirirdilər. Necə deyərlər: - “otaq otağa qarşı, yəni - 11 nəfər 11 nəfərə qarşı”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

