Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şahmatın blits növü üzrə dünya çempionatında ilk dəfə iki qalib olub

Şahmatın blits növü üzrə dünya çempionatında ilk dəfə iki qalib olub

01.01.2025 [23:49]

Şahmatın blits növü üzrə dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində təşkil edilən yarışda ilk dəfə 2 qalib olub. Norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi dünya çempionu adını qazanıblar.

Finalda üz-üzə gələn şahmatçıların dueli 3,5:3,5 hesabı ilə başa çatıb. Yekunda qrossmeysterlərin qarşılıqlı razılığı əsasında onlar titulun ortaq sahibi olublar. Bu, Maqnus Karlsenin təklifi əsasında gerçəkləşib.

Qeyd edək ki, Yan Nepomnyaşi rapid üzrə dünya çempionatında 3-cü yeri tutub. Maqnus Karlsen isə rəsmi geyim qaydalarını pozduğu üçün həmin yarışdan diskvalifikasiya edilib.

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31