“Qarabağ”ın futbolçusu: Bütün oyunlarda qalib gəlsək, "Real Madrid” olarıq
27.01.2025 [14:21]
“Qələbə münasibətilə “Turan Tovuz”u təbrik edirəm. Biz komanda olaraq da pis oynamadıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Marko Yankoviç Misli Premyer Liqasının XX turunda “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Yarımmüdafiəçinin fikrincə, komanda birinci qol zamanı müdafiədə səhv edib: “ Bəlkə də qapıçı Şahruddin Məhəmmədəliyevə də qarşı qayda pozuntusu var idi. Mən həmin epizodu tam görmədim. Əgər futbolda səhv etməsən, dərs çıxara bilmərsən”.
29 yaşlı futbolçu matç ərzində topa nəzarət baxımından üstün olduqlarını söyləyib: “Yaxşı qol şanslarımız oldu. Böyük üstünlüyə sahib idik. Hər şey öz əlimizdə idi. Amma sonda xal itirdik. Futbolda 2 dəqiqə ərzində istənilən hesabla rastlaşmaq olur”.
Monteneqro millisinin üzvü komandasının Avropa Liqasının əsas mərhələsindəki çıxışına da toxunub: “İstədiyimiz nəticələri qazana bilmədik. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Əgər hər matçdan qalib ayrılsaq, “Real Madrid” olarıq. Yaxşı komandamız var. Kollektivin motivasiyası pozulmayıb. İndi məğlub olduğumuz görüşlərin təhlilini aparacağıq”.
O, mövsümün sonunda çempion olacaqlarına inandığını vurğulayıb: “Bəzi oyunlarda məğlub ola bilərik, amma çempion olmaq istəyirik. Xal itirsək də, turnir cədvəlində üstünlüymüz var.
M. Yankoviç qış transfer dövründə rəsmi transfer təklifi almadığını deyib: “Əlbəttə ki, başqa klublar tərəfindən maraqlar olur. Amma rəsmi heç nə yoxdur. Mənim hazırda “Qarabağ”la müqaviləm davam edir və bu kluba məxsusam”.
Qeyd edək ki, “Qarabağ” Misli Premyer Liqasında 50 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

