Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

16.02.2025 [12:23]

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünə start verib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi yarışı keçirilib.

İki gün ərzində müxtəlif yaş kateqoriyalarında idmançılar hər iki gimnastika növü üzrə qalibiyyət uğrunda mübarizə aparıblar. Batut gimnastikası üzrə yarışlarda gimnastlar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyalarında fərdi və sinxron proqramlar üzrə çıxış ediblər.

Tamblinq yarışlarında isə iştirakçılar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə performanslarını nümayiş etdiriblər.

Sonda qaliblərə medallarla yanaşı, diplom və hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30