Azərbaycan idmanının inkişafında yeni mərhələ
20.02.2025 [11:35]
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yeni rəhbər heyəti müəyyənləşib. MOK-un fevralın 18-də keçirilən IX Hesabat-seçki baş məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən növbəti 4 il müddətinə Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Baş məclisdə, həmçinin İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib. Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Yüksək səviyyədə doğrulan ümidlər
Prezident İlham Əliyevin yenidən MOK-un prezidenti seçilməsi təsadüfi deyil. Bu seçimin arxasında Onun qurumun rəhbəri kimi çalışdığı illərdə ölkənin idman ictimaiyyətinin etimadını yüksək səviyyədə doğrultması amili dayanır. İlham Əliyev MOK-un prezidenti vəzifəsinə ilk dəfə 1997-ci il 31 iyul tarixində seçilib. Həmin tarixədək İlham Əliyevin müxtəlif sahələrdə qazandığı uğurlar idman ictimaiyyətində belə bir yüksək inam formalaşdırmışdı ki, məhz O, Azərbaycan idmanını yeni uğurlara daşıyacaq. Öz növbəsində İlham Əliyev Ona bəslənən ümidləri yüksək səviyyədə doğruldub.
1992-ci ildə yaradılan Milli Olimpiya Komitəsinin ötən dövrdəki fəaliyyətinə nəzər saldıqda keçilən yolu fərqli mərhələlərə bölə bilərik. Müstəqilliyimizin ilk illərində ölkədə digər sahələr kimi, idman da, necə deyərlər, gözdən-könüldən uzaq düşmüşdü. Belə ögey münasibət öz növbəsində idmançılarda ruh düşkünlüyü yaradırdı.
İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra qurumun fəaliyyətində yeni mərhələ başladı. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman infrastrukturunun qurulması, Bakının qəsəbələrində və regionlarda İdman-Olimpiya komplekslərinin inşası bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb.
Dünya idman ictimaiyyətinin artan inamı
Bütün ölkə üzrə müasir idman infrastrukturunun qurulmasının, müxtəlif idman növləri üzrə beynəlxalq səviyyəli yarışlara qatılan gənclərimizin sayının artmasının və onların müxtəlif turnirləri qələbə ilə başa vurmalarının məntiqi nəticəsi olaraq dünya idman ictimaiyyətinin respublikamıza böyük inamı yaranıb. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, son illərdə ölkəmizdə Avropa və Dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. 2015-ci ilin yayında Azərbaycan Birinci Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. Respublikamız bütün dünyada məşhur olan və böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi edir. 2017-ci ilin birinci yarısında ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilib.
Ümumiyyətlə, respublikamızda keçirilən və keçiriləcək mötəbər beynəlxalq yarışların siyahısı kifayət qədər uzundur. 2025-ci ildə ölkəmiz daha bir mötəbər turnirə - III MDB Oyunlarına ev sahibliyi edəcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında 2025-ci ilin oktyabr ayında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb və hazırda Oyunlara hazırlıq işləri cədvəl üzrə davam etdirlir.
Hesabat dövrünün böyük uğurları
Baş məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qurumun 2022-2024-cü illərdəki fəaliyyəti haqqında hesabat-məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.
Çingiz Hüseynzadə hesabat dövründə Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq, MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib. “Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki inkişafının əsası dövlət başçısının uzaqgörən siyasətinin nəticəsi olduğu kimi, Olimpiya Hərəkatı və idmandakı uğurlarımız da Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş verib. Azərbaycan Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazanılmış 7 (2 qızıl, 2 gümüş, 3 bürünc) medalla ümumi komanda hesabında 30-cu yeri tutub”, - deyə Çingiz Hüseynzadə bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

