Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Superliqa: “Fənərbağça”dan ev qələbəsi, “Qalatasaray” böyük hesabla uduzub

Superliqa: “Fənərbağça”dan ev qələbəsi, “Qalatasaray” böyük hesabla uduzub

02.05.2026 [23:35]

Futbol üzrə Türkiyə Superliqasında XXXII turun daha 3 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Qalatasaray” səfərdə “Samsunspor”a 1:4 hesabı ilə uduzub.

Liderin əsas izləyicisi “Fənərbağça” isə turu qələbə ilə başa vurub. İstanbul klubu doğma meydanda “Başakşəhər”ə qalib gəlib - 3:1. Ev sahibi komandanın heyətində hər üç qolu Anderson Talişka vurub.

Digər matçda isə “Trabzonspor” evdə “Göztəpə” ilə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66 xalla 3-cüdür.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30