Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla tamamlayıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla tamamlayıblar

06.07.2026 [09:45]

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ikinci günündə yığma aktivinə 8 medal yazdırıb.

Mehdi Abbasov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (81 kiloqram), Canpolad Əliyev (100 kiloqram) və Nərgiz Əhmədova (48 kiloqram) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (90 kiloqram), Davud Namazlı (100 kiloqram) və Xədicə Qədəşova (57 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kiloqram) gümüş medala yiyələnmişdi.

Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığmamız 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31