Altay Həsənov: Azərbaycanın gimnastika yığmasının əsas uğurları hələ irəlidədir
06.03.2014 [09:36]
“Hazırda Azərbaycanda gimnastika müasir və inkişaf etmiş infrastrukturu olan ən sevimli idman növlərindən biridir. Azərbaycanın gimnastika məktəbinin nailiyyətləri dünya idman ictimaiyyəti tərəfindən tanınıb və bütün bunlar ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub”. “Trend”in məlumatına görə, bunu “International Gymnast” jurnalına müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.
Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə ölkəmizdə həqiqətən də bu idman növünün yeni inkişaf mərhələsi başlayıb: “Məhz Mehriban xanım Əliyevanın sayəsində gimnastika ölkəmizdə böyük inkişaf və populyarlıq qazandı. Artıq 2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk Dünya Kuboku keçirildi. Bakı 2005-ci ildə gimnastika üzrə dünya çempionatına ev sahibliyi etdi. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirildi. 2014-cü ildə Azərbaycanda yeni Milli Gimnastika Arenasında yenidən gimnastika üzrə qitə birinciliyi təşkil ediləcək. İdmançılarımız da böyük uğurlar qazanırlar. Azərbaycan gimnastı Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazandı. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxdı, dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü oldular. Gimnastlarımız növbəti illərdə ölkəni Olimpiya Oyunlarında layiqincə təmsil ediblər, dünya və Avropa çempionatlarında, komanda hesabında və fərdi yarışlarda mükafatçılar sırasına daxil olublar”.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti onu da deyib ki, Azərbaycanda yerli bədii gimnastika məktəbinin yaradılmasını əsas uğur hesab edirik: “Bizim gənc və istedadlı qızlarımız artıq neçə ildir ki, Bakıda milli komandamızın baş məşqçisi, bolqarıstanlı mütəxəssis Mariana Vasilevanın rəhbərliyi altında məşq edirlər. Hazırda gənc məşqçilərin yeni nəsli yetişir. Bu nəsil yaxın keçmişdə Azərbaycanı beynəlxalq idman yarışlarında təmsil edən keçmiş gimnastlardır. Hazırda onlar işlərinin öhdəsindən layiqincə gəlirlər. Təkcə son 5 ildə yuniorlarımız Avropa çempionatlarında həmişə mükafatçılar sırasına daxil olublar. Bu, Azərbaycanda idman uğurlarının varislik sisteminin yaradılmasına parlaq sübutdur. Bu isə gələcək uğurların əsas açarıdır”.
Onun sözlərinə görə, Azərbaycanda gimnastikanın digər növləri də inkişaf edir. Belə ki, Şakir Şıxəliyev London Olimpiya Oyunlarında idman gimnastikası üzrə yarışlarda ölkəmizi təmsil edib: “Doğrudur, o, V.Belenkinin nailiyyətlərini təkrar edə bilmədi, lakin necə deyərlər, ən uzun yol ilk addımdan başlayır və bizim gimnastika məktəbimiz artıq bu addımı atıb. Müasir gimnastikanın tarixinə akrobatlarımız Ayla Əhmədova və Dilarə Sultanovanın da adları yazılıb. Qadınlardan ibarət bu cütlüyümüz 2009-cu ildə akrobatik gimnastika üzrə Avropa çempionatında qızıl medal qazanıb. Fəaliyyətini populyar “Günəş sirki”ndə (Cirque du Soleil) də qadınlardan ibarət üçlükdə davam etdirən A.Əhmədova 2013-cü ildə Beynəlxalq Gimnastika Federasiyasının (BGF) Atletlər Komissiyasında akrobatların nümayəndəsi seçilib. Ölkəmiz BGF-in İntizam Komissiyası və Şurasında təmsil olunub, Azərbaycan Gimnastika Federasiyasının baş katibi isə bu yaxınlarda Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib. İdman dünyasında tanınmaq böyük şeydir. Mehriban Əliyevanın rəhbərlik etdiyi federasiyamızın nəticələri hazırda bunlardan ibarətdir”.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurlarından danışan natiq bildirib ki, hazırda Azərbaycanda idmançı olmaq sözün əsl mənasında nüfuzludur. Bu, hər şeydən əvvəl bədii gimnastikada nəzərə çarpır. Əgər Azərbaycan məşqçiləri və idmançıları yaxın keçmişdə xaricdə iş axtarmağa üstünlük verirdilərsə, hazırda digər ölkələrin atletləri və məşqçiləri Azərbaycana işləməyə gəlirlər.
Müsahibəsində gimnastika ilə bağlı bir sıra digər sualları da cavablandıran A.Həsənov sonda “İndi artıq təsdiq etmək olar ki, Azərbaycanda bədii gimnastika həqiqətən də sevilən idman növü oldu. Bəli, hələlik bizdə Korbut, Nemov və ya Belenki kimi belə parlaq adlar yoxdur, amma Bakı, Gəncə, Sumqayıt və başqa şəhərlərdə idmançılarımızı yaxşı tanıyır, onların çıxışlarını diqqətlə izləyir, onların uğurlarına səmimi qəlbdən sevinirlər. Əminəm ki, yığmamızın əsas uğurları hələ irəlidədir. Bizdə potensial var və biz hamımız ölkəmizin idman ictimaiyyətinin dəstəyini hiss edirik”, - deyib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

