“Bakı 2015” Avropa Oyunları rəsmi bilet satışı tərəfdaşını elan edib
06.06.2014 [09:27]
“Bakı 2015” Avropa Oyunları “Tickethour” şirkətini rəsmi bilet satışı tərəfdaşı kimi Avropa Oyunlarının sponsorluq proqramına daxil edib.
“Bakı 2015”dən AzərTAc-a bildiriblər ki, “Tickethour şirkəti müasir proqram təminatı sistemini və idarəetmə komandasını təmin edəcək. Bununla da “Bakı 2015”ə Avropanın yeni çoxsaylı idman yarışları ilə bağlı təxminən 1 milyon bilet satmağa imkan yaradacaq.
“Bakı 2015” üçün bilet satışı proqramına 2015-ci ildə başlanılacaq. “Tickethour” şirkəti şəhərin mərkəzində yerləşdirilən bilet kassaları ilə yanaşı, biletlərin yalnız onlayn satışına cavabdeh olacaq.
“Bakı 2015” Avropa Oyunları 19 idman növü üzrə olmaqla və 20 müxtəlif idman obyektlərində 320-dən artıq idman sessiyaları təşkil edilməklə 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bununla bağlı deyib ki, biz “Tickethour” şirkətini Avropa Oyunları ilə bağlı bütün bilet satışı xidmətlərinin təchizatçıları kimi rəsmi tərəfdaş sponsorlarımızın sırasında salamlamaqdan şadıq. Bizi qarşıda yalnız 12 aydan sonra həyata keçirilməli olan belə bir mürəkkəb bilet satışı əməliyyatının gözlədiyini nəzərə alsaq özümüzü xoşbəxt hiss edə bilərik ki, əsas çoxsaylı idman yarışları üçün yüksək səviyyəli bilet satışı xidmətlərinin göstərilməsində lazımi təcrübəyə və idman nailiyyətlərinə malik bir komanda ilə çalışırıq.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Vijeratna qeyd edib ki, səbirsizliklə növbəti 12 ayda “Tickethour” şirkəti ilə çalışacağımızı gözləyirik. Mən əminəm ki, onların dəstəyi ilə dünyanın hər yerindəki idman azarkeşləri üçün ədalətli, funksional və uğurlu bilet satışı proqramını təmin edəcəyik. Eyni zamanda, onları Avropa Oyunlarının sponsorlardan ibarət ailəsində salamlamaqdan şadıq. İlk Avropa Oyunları üçün əməkdaşlıq dinamikası artmaqda davam edir. Biz çox qısa zamanda gələcək əlavə elanları gözləyirik.
“Tickethour” şirkətinin komandasının üzvləri 2004-cü ildə Afinada keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında uğurlu bilet satışı əməliyyatlarının həyata keçirilməsinə görə cavabdehlik daşıyıblar. “Tickethour” şirkəti Yunanıstanın paytaxtı Afina şəhərində yerləşir və Avropa, ABŞ və Orta Şərqdə fəaliyyət göstərir. Şirkət hər il bir neçə milyon biletin satışını idarə edir. Bu şirkət əsas qlobal idman yarışları ilə bağlı bilet satışı xidmətlərinin göstərilməsində uğurlu təcrübəyə malik olduğunu sübut edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

