Braziliya dünya çempionatına qələbə ilə başladı
14.06.2014 [10:22]
Dünən isə daha üç görüşdə milli komandalar qarşı-qarşıya gəliblər
Nəhayət, dünya ictimaiyyətinin dörd illik həsrətinə son qoyulub. Braziliyanın San-Paulu şəhərindəki “Korintians” stadionunda futbol üzrə XX dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Qeyd edək ki, 61 min nəfərlik bu stadion məhz dünya çempionatına hazırlıq ərəfəsində inşa edilib. Xatırladaq ki, Braziliya dünya çempionatını ikinci dəfə qəbul edən beşinci ölkədir. Əvvəllər bu şərəfə Meksika, İtaliya, Fransa və Almaniya layiq görülüb. Braziliya dünya çempionatını birinci dəfə 1950-ci ildə qəbul etmişdi. O vaxt Uruqvay komandası qələbə qazanmışdı.
Çempionatın oyunları Braziliyanın 12 şəhərində - Rio-de-Janeyro, Resifi, Salvador, San-Paulu, Portu-Aleqri, Manaus, Fortaleze, Natal, Belu-Orizonti, Brazilia, Kuyaba və Kuritibada keçiriləcək. Çempionatın final qarşılaşması isə möhtəşəm Marakana stadionunda baş tutacaq.
Açılış mərasimində məşhur müğənnilər Cennifer Lopez, Pitbul və Klaudiya Leytte çempionatın rəsmi mahnısı - “We are one”ı ifa ediblər. Sonra 6 min rəqqas və sirk ustasının ifasında xüsusi şou nümayiş olunub. FİFA-nın prezidenti Yozef Blatter və Braziliyanın prezidenti Dilma Roussef sülh rəmzi olan ağ göyərçinləri səmaya buraxıblar.
Daha sonra meydan futbolçuların öhdəsinə verilib. Çempionatın açılış matçında ev sahibi Braziliya yığması ilə Xorvatiya millisi qarşılaşıb.
Yaponiyalı baş hakim Yuiti Nisimuranın idarə etdiyi oyun Braziliya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sambaçılar” matçın ilk dəqiqələrində Marselonun avtoqolu ilə hesabda geri düşsələr də, Neymarın dublu və Oskarın əlavə olunmuş dəqiqələrdə vurduğu qolla çempionata 3 xalla başlamağı bacarıb. Yeri gəlmişkən, Marselo bu avtoqola imza atmaqla, dünya kubokları tarixində açılış matçında öz qapısına qol vuran ilk futbolçu kimi də tarixə düşüb.
Dünən isə çempionatda daha üç oyun keçirilib. Günün ilk matçında Meksika yığması Kameronla üz - üzə gəlib. Dünya çempionatı -2014-ün ən maraqlı qarşılaşmalarından biri olan İspaniya - Hollandiya görüşü də dünən baş tutub. Günün son oyununda isə Çili və Avstraliya yığmaları qələbə uğrunda mübarizə aparıblar.
Bu gün keçiriləcək daha üç oyunla çempionat davam edəcək:
21:00 - Kolumbiya - Yunanıstan
00:00 - Uruqvay - Kosta-Rika
03:00 - İngiltərə - İtaliya
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

