“Bakı-2015” Avropa Oyunları ilə “Milla” şirkəti arasında rəsmi tərəfdaşlıq sazişi imzalanıb
03.09.2014 [10:03]
“Bakı-2015” Avropa Oyunları ilə yüksək keyfiyyətli süd təchizatçısı olan “Milla” şirkəti arasında rəsmi tərəfdaşlıq sazişi imzalanıb.
AzərTAc xəbər verir ki, sazişə əsasən, “Milla” şirkəti Azərbaycanda 5000-dən artıq dükanda reklam işi aparacaq, bütün məhsullarının və işçilərinin uniformalarının üzərində “Bakı-2015” loqosunu yerləşdirəcək.
Həmçinin daxilində dondurmaların olacağı furqonlar vasitəsilə də şirkətin məhsulları “Bakı-2015” yarışlarının keçiriləcəyi obyektlərdə görünəcək. Şirkət televiziyada geniş reklam kampaniyası aparmaqla da Avropa Oyunlarını dəstəkləyəcək.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq “Milla”nın Azərbaycanda tanınmış və çox sevilən brend olduğunu diqqətə çatdırıb. Bildirib ki, biz onları Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi salamlamaqdan məmnunuq. Əməkdaşlığa görə şirkət təbliğat işləri aparmaqla və ölkənin hər yerinə mallarını çatdırdığı furqonların üzərində “Bakı-2015” brendini təsvir etməklə bütün Azərbaycan ərazisində Avropa Oyunlarının reklamını həyata keçirəcək.
“Milla” şirkətinin idarəetmə üzrə direktoru Filip Rayt deyib: “Biz “Bakı-2015”in rəsmi tərəfdaşı olmaqla Avropa Oyunları ailəsinə qoşulduğumuz üçün çox şadıq. Avropa Oyunları Azərbaycanın tarixinə heyrətamiz anlar kimi daxil olacaq və biz bütün Avropanın zövq alacağı idman yarışlarına gedən yolun bir hissəsi olduğumuz üçün fəxr edirik”.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, “Milla”nın Azərbaycanda tanınan bir brend olması bu şirkətin “Bakı-2015”in ideal tərəfdaşı olduğunu göstərir və onların dəstəyinə etibar etmək çox gözəldir.
“Milla” “McDonalds” və “Tickethour”dan sonra “Bakı-2015” Avropa Oyunlarının üçüncü rəsmi tərəfdaşıdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50

