/ / İdman ictimaiyyətinin ədalətli oyunlar prinsipinə görə fərqlənən nümayəndələri mükafatlandırılıblar
İdman ictimaiyyətinin ədalətli oyunlar prinsipinə görə fərqlənən nümayəndələri mükafatlandırılıblar
30.12.2014 [09:40]
Dekabrın 29-da Milli Olimpiya Komitəsində (MOK) 2014-cü ildə idman ictimaiyyətinin ədalətli oyunlar prinsipinə görə fərqlənən nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə “Ədalətli oyunlar prinsipinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında mükafata Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva layiq görülüb.
AzərTAc xəbər verir ki, mükafat federasiyanın baş katibi Fərid Qayıbova təqdim olunub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək cari ilin ölkə idmanı üçün uğurlu olduğunu diqqətə çatdırıb. Bu il Çində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurla çıxış etdiyini diqqətə çatdıran vitse-prezident Azərbaycanın gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını qeyd edib.
Vurğulanıb ki, yola saldığımız 2014-cü ildə ölkəmizdə irimiqyaslı turnirlər təşkil olunub. Bunlardan atletika üzrə Avropa təsnifat turnirini, bədii gimnastika, taekvondo üzrə Avropa çempionatları və s. misal göstərmək olar. Ölkəmizdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi və Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası yüksək səviyyədə təşkil edilib.
MOK-un vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev ölkəmizdə idman və Olimpiya hərəkatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə idman ictimaiyyəti adından minnətdarlıqlarını bildirib. O, idmançılarımızın gələn il də nailiyyətlər qazanacaqlarına və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib. İl ərzində fərqlənən idmançıların daim mükafatlandırıldıqlarını diqqətə çatdıran vitse-prezident Komissiyanın həyata keçirdiyi layihələr və təşkil olunacaq tədbirlər barədə ətraflı məlumat verib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cari ildə idmançılarımızın 805 medal qazandığını diqqətə çatdırıb. Vurğulayıb ki, bu medalların 275-i qızıl, 255-i gümüş və 275-i isə bürüncdür. Həmçinin yola saldığımız ildə respublikamızda 55 beynəlxalq turnir təşkil olunub.
Digər nominasiyalar üzrə fotojurnalist Dilavər Nəcəfov, Atletika Federasiyasının baş məşqçisi Məhərrəm Sultanzadə, məşqçi İqdam Ələkbərov, Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

