Çilidə “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı böyük maraqla qarşılanıb
25.04.2015 [11:55]
Çilinin paytaxtı Santyaqoda keçiriləcək güləş üzrə Panamerika çempionatından əvvəl Dünya Güləş Birliyi (DGB) Amerika Şurasının növbəti konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, DGB-nin idarə heyətinin üzvü Namiq Əliyev və Federasiyanın baş katibi Əjdər Cəfərov da iştirak ediblər.
Şuraya üzv ölkə federasiyalarının rəhbərləri ilə yanaşı, DGB-nin idarə heyətinin üzvlərinin də qatıldıqları konqresdə çıxış edən beynəlxalq qurumun Amerika Şurasının prezidenti Fransisko Eduardo Lee Lopez gündəlikdə duran məsələlər barədə məlumat verib, tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına xüsusi yer ayırıb. O, Azərbaycanın “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərini yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığından bəhs edən video və fotoslayd nümayiş etdirilib.
AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev çıxışında ilk Avropa Oyunlarına hazırlıqla bağlı qısa müddətdə görülmüş işlər barədə konqres iştirakçılarına ətraflı məlumat verib. O, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını bildirib. AGF rəsmisi qeyd edib ki, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015”in nəinki avropalı, eləcə də bütün dünya idmansevərlərinin unudulmaz bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssis yüksək əzmkarlıqla çalışır.
Bildirilib ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda hər il onlarla beynəlxalq səviyyəli idman yarışı təşkil olunur. İnanırıq ki, başlanmasına 50 gündən az vaxt qalan və ilk dəfə keçiriləcək Avropa Oyunları dünya idmanı tarixində layiqli yerini tutacaq. Azərbaycan dünya miqyaslı idman və digər tədbirlərin təşkili sahəsində zəngin təcrübəyə malikdir. Qazanılmış bu təcrübə birinci Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana, onun paytaxtı Bakıya cəlb edəcək. İyunun 12-28-də bütün idman dünyasının nəbzi məhz Bakıda döyünəcək. İdmanın 20 növü üzrə mübarizənin aparılacağı Oyunlarda güləş yarışları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki milli idman növü olan güləşin ölkəmizdə dərin tarixi kökləri var.
Daha sonra Azərbaycan Güləş Federasiyası tərəfindən konqres iştirakçıları üçün ziyafət təşkil olunub.
“Bakı-2015”in proqramına güləşin hər üç növü daxil edilib. İyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsi üzrə mübarizə aparılacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

