İlk Avropa Oyunlarının məşəli Masallıda böyük sevinclə qarşılanıb
05.05.2015 [10:29]
Mayın 2-də Masallıda əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Birinci Avropa Oyunlarının məşəli Yardımlı rayonundan sonra Masallıya gətirilib.
AZƏRTAC xəbər verir ki, əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutan sakinlər məşəl yürüşünün iştirakçılarını qarşılamaq üçün şəhərin küçə və meydanlarında toplaşıblar.
Masallı şəhərindəki Olimpiya İdman Kompleksinin qarşısında məşəlin qarşılanma mərasimi olub. Yüzlərlə rayon sakini yürüş iştirakçılarını böyük sevinclə qarşılayıblar.
Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli cüdo üzrə əməkdar məşqçi, idman ustası Xanağa Quliyev qəbul edib. On məşəlçi Oyunların rəmzi qapısından başlayaraq 3,6 kilometr məsafədə yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Talışxanov, Dadva və Qarabağ küçələri boyunca hərəkət edərək Qəhrəmanlar parkının qarşısına gəliblər. Buradakı meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.
Cüdo və sambo üzrə dünya çempionatının gümüş, Avropa çempionatının bürünc mükafatçısı, dəfələrlə Azərbaycan çempionu adını qazanmış Hikmət Alışov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.
Mərasimdə aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Sonra “Bakı-2015”in çırağı yandırılıb və Oyunlar başa çatana qədər saxlanılması üçün rayonun gənc idmançısı Ülkər Əliyevaya təqdim olunub.
Rayon sakinləri bu gözəl bayram ab-havasından duyduqları sevinc hissini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.
Masallı rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov: “Bu gün Masallıda əsl idman bayramıdır. Sevincimizin həddi-hüdudu yoxdur. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bütün sahələrdə qazandığı uğurların, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdyi diqqət və qayğının göstəricisidir. Azərbaycanın idman salnaməsinə yeni parlaq səhifələr yazılır. Xoşbəxtəm ki, bu tarixi hadisələrin iştirakçısıyam. Bu gün Azərbaycanın bölgələrində alovlanan birinci Avropa Oyunları məşəlinin şöləsi bütün sakinlərə sevinc hissi bəxş edir”.
Rayon sakinlərindən Əbülfəz Nuriyev və polis veteranı Tofiq Şahmarov da söhbətə qoşularaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını tarixi hadisə kimi qiymətləndirdilər. Sakinlər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Birinci Avropa Oyunlarının məşəli Masallıdan Biləsuvar rayonuna yola salınıb.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

