Paytaxtda birinci Avropa Oyunları ilə əlaqədar “Alovqoruyanları”nın yürüşü keçirilib
13.05.2015 [10:10]
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) könüllülərlə iş departamenti mayın 11-də birinci Avropa Oyunları “Alovqoruyanları”nın yürüşünü təşkil edib.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Milli Parkda Bakı Dəniz Vağzalının yaxınlığından start götürən və könüllülərin qatıldığı yürüş parkın Yeni Bulvardakı attraksion-panoramın yanında başa çatıb.
BAOƏK-un könüllülərlə iş departamentinin mütəxəssisi Vüsal Bağırov deyib ki, tədbirin məqsədi könüllülərin komanda işinin təşkili, birlikdə işləmək bacarıqlarının yoxlanılması, həmçinin könüllülərin və ölkəmizin “Bakı-2015” Avropa Oyunlarına hazırlığını nümayiş etdirməkdir: “Bu yürüş könüllülər üçün təşkil olunan son tədbirdir. Könüllülərin Avropa Oyunlarının keçiriləcəyi yarış məkanlarını yaxından tanımasını istərdik. Avropa Oyunlarında minlərlə könüllü iştirak edəcək. Bu yarış həm də könüllülərin Avropa Oyunlarına tam hazır olduğunu göstərir. Azərbaycan artıq Avropa Oyunlarında tarix yazmağa hazırdır”.
“Bakı-2015”-in könüllülər departamentinin baş meneceri Anna Poronik qalibləri təbrik edərək deyib ki, Avropa Oyunlarının başlanmasına 32 gün qalıb və könüllülərin çoxu təlimlərdə iştirak ediblər: “Biz bundan sonra da yarışların keçiriləcəyi məkanlarda könüllülərlə birgə işləməyə davam edəcəyik”.
Yarışın qalibləri Avropa Oyunlarının açılış mərasiminə biletlər, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Sonra könüllülər arasında müxtəlif viktorinalar, yarışlar təşkil olunub.
Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Yarışlarda idmanın 20 növü üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir.
Birinci Avropa Oyunlarına 12 mindən çox könüllü cəlb ediləcək.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

