“Bakı-2015”: Məşəl estafeti Şəmkirdə
21.05.2015 [09:46]
Azərbaycanın füsunkar təbiətini, mədəniyyətini və irsini əks etdirən birinci Avropa Oyunlarının məşəl estafetinin növbəti ünvanı Şəmkir rayonu olub. Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”-in məşəlini qarşılamaq, onun təqdimatında iştirak etmək üçün mayın 20-də küçə və meydanlara minlərlə rayon sakini çıxmışdı.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini Aysel Salahova qəbul edib və 10 nəfər idmançı məşəli bir-birinə ötürərək Nizami, Əhməd Cavad küçələrindən, eləcə də Heydər Əliyev prospektindən keçərək Gənclər mərkəzinin qarşısına gəliblər.
Sonuncu məşəlçi yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı, üçqat respublika çempionu Vəfadar Mustafayev səhnəyə qalxaraq məşəli ictimaiyyətə təqdim edib.
Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Gənclər mərkəzinə verilib.
Bildirilib ki, birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb edilib və bütün regionlarda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
Tədbiri izləyən rayon sakini Jalə Kamalova təəssüratlarını AZƏRTAC-la bölüşərək deyib: “Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Cəmi 24 illik müstəqillik tarixi olan bir ölkənin belə möhtəşəm tədbirə ev sahibliyi etməsi, həqiqətən hər bir Azərbaycan vətəndaşı üçün şərəfdir. Bu şərəfi isə bizə sözsüz ki, dövlətimizin başçısı İlham Əliyev bəxş edib. Buna görə də Prezidentimizə minnətdarıq. İnanırıq ki, idmançılarımız bu yarışlarda da bizi qələbələrlə sevindirəcəklər”.
Rayonun fəal gənclərindən İlkin Bədəlov idmanın müxtəlif növlərində qazanılan uğurların artıq ənənəyə çevrildiyini bildirib: “Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək istifadəyə verilməsi idman sahəsindəki uğurlarımıza təminat verir. Bir-birini əvəzləyən idman yarışları respublikamızın daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Bütün bunların fonunda isə Azərbaycan dövlətinin sürətli inkişafı və təhlükəsiz ölkə olması amili dayanır”.
Rayon sakini Eşqin Əliyev isə ölkəmizin beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildiyini vurğulayıb. O, qeyd edib ki, Avropa Olimpiya Komitəsinin qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirini məhz Azərbaycanda keçirməsi dünya idman ictimaiyyətinin ölkəmizdə görülən müsbət işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən uğurlara verdiyi yüksək qiymətdir.
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

