“Bakı-2015”in çempion iştirakçıları”
03.06.2015 [09:09]
Bir neçə gündən sonra ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində mühüm hadisə olacaq. 12-28 iyun tarixləri arasında baş tutacaq Oyunlarda 49 ölkədən 6000-dən çox idmançının yarışacağı gözlənilir. Oyunların proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin, 2 qeyri-olimpiya idman növü daxildir. Oyunlarda iştirak edən idmançıların siyahısına nəzər saldıqda görünür ki, ilk Avropa Oyunları “qoca qitə” üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki burada dünya, Avropa və Olimpiya çempionları iştirak edəcəklər.
Xəbər verdiyimiz kimi, “Yeni Azərbaycan” qəzeti olaraq oxucuları ilk Avropa Oyunlarında iştirak edəcək dünyaca məşhur idmançıların bir qismi ilə tanış edəcəyik. Beləliklə, “Bakı-2015”in çempion iştirakçıları” rubrikamızı davam etdiririk.
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançılardan biri də türkiyəli sərbəst güləşçi Taha Akgüldür. O, sərbəst güləş üzrə 120 kq çəki dərəcəsində həm Avropa, həm də dünya çempionudur. Peşəkar karyerasında çoxsaylı nailiyyətlər qazanan Taha Akgül qitə üzrə ilk uğurunu 2012-ci ildə Serbiyada keçirilən güləş üzrə Avropa Çempionatında əldə edib. 2014-cü ildə Daşkənddə keçirilən güləş üzrə Dünya Çempionatında isə qızıl medal əldə edərək ən yüksək fəxri kürsüdə yer alıb.
Əslən İrlandiyanın Viklou şəhərindən olan Keyti Teylor isə qadınlararası boks üzrə tarixin ən çox təltif olunmuş idmançısıdır və yarışdığı çəkidən asılı olmayaraq dünyada ən güclü qadın boksçusudur. Keyti 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında birinci yeri qazanıb və hazırda 60 kq çəki üzrə İrlandiya və dünya çempionudur. O, Olimpiya medalı, 5 dəfə ardıcıl dünya çempionu, 6 dəfə ardıcıl Avropa çempionu və 5 dəfə Avropa Birliyi Çempionatı da daxil olmaqla, indiyədək yarışlarda 17 qızıl medal qazanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

