Saymon Kleq: İyunun 17-də 32 min tamaşaçı arenalarda yarışları izləyib
19.06.2015 [09:44]
“İyunun 17-də 32 min tamaşaçı arenalarda yarışları izləyib. Bu, açılış mərasimindən sonra bu günədək ən yüksək göstəricidir”.
AZƏRTAC verir ki, bu sözləri “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 17-də keçirilən yarışların yekunları ilə bağlı mətbuat konfransında deyib.
Arenaların növbəti yarışlara hazırlanması prosesinin uğurla həyata keçirildiyini bildirən Saymon Kleq iyunun 18-də şose velosipedi üzrə yarışlara başlandığını deyib. Bakı Olimpiya Stadionunun örtüyünün dəyişdirilməsi prosesinin uğurla başa çatdırıldığını söyləyən Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru idmançıların tədricən Mingəçeviri tərk etdiklərini vurğulayıb. O deyib: “Təkcə dünən yarışlarda 75 idmançı medal qazanıb. İyunun 18-də 16 dəst medal uğrunda yarışlar keçiriləcək. Son iki gündə tamaşaçı sayı inanılmaz dərəcədə artıb. Güləş arenasındakı ab-hava məni məmnun etdi. Yayım məsələsi bu Oyunların uğur amillərindən biridir. Marketinq məsələsində təşkilatçılar çox çalışıblar. Avropa tamaşaçısı uğurlu Oyunların şahidi olur. Oyunlar Şimali və Cənubi Amerika, Çin, Yeni Zelandiya, Yaponiya, Hindistan və digər ölkələrdə də geniş yayılır. Bu Oyunlar ilk dəfə keçirilir. Bunu nəzərə alsaq, əldə etdiyimiz nailiyyətlər inanılmaz dərəcədə böyükdür. Biz iki ildə mükəmməl nəticələrə nail olmuşuq. Beynəlxalq İdman Yayımı Şirkəti yüksək səviyyəli yayım qura bilib. Biz Avropada 72 faiz yayıma nail olmuşuq”.
Fantastik açılış mərasiminin şahidi olduqlarını söyləyən Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Manolo Romero Avropa İdman yayımı telekanalları adından yarışlardan çox məmnun qaldıqlarını dilə gətirib. Yarışların başlamasından bu günədək 600 saatdan çox çəkilişin aparıldığını diqqətə çatdıran Manolo Romero Oyunların sonunadək bu rəqəmin toplam 1100 saata çatacağını qeyd edib. Toplam saatlardan əlavə peyk vasitəsilə dünya kanallarına 800 saatdan çox yayımın göndərildiyini söyləyən Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Oyunlara böyük marağın olduğunu bildirərək deyib: “Bu Oyunlar bir çox telekanallar üçün yenilik idi. Olimpiya hüquqlarının sahibləri ilə əlaqə saxlamalı idik. Oyunlarda bəzi idman növlərində Rio Olimpiya Oyunlarına seçim mövcuddur. Açılış mərasimi Avropanın 40 ölkəsində yayımlanıb. Əlavə olaraq bir çox hüquq sahibləri rəqəmsal vasitələrlə bu Oyunların yayımını təşkil edə biliblər. Bu, təşkilatçıların rəsmi internet saytı, Youtube vasitəsilə mümkün olub. Yayımın keyfiyyətindən çox razıyıq. Məkanlar çox gözəldir. Oyunların təsviri çox maraqlıdır. Reklam rolikləri göz oxşayır. İstər tamaşaçılar, istərsə də Avropa idman telekanallarının sahibləri onlara təqdim olunan məlumatlardan razıdırlar. Bu, Olimpiya Oyunları səviyyəsində təşkil edilən yarışlardır. Bəzi böyük ölkələrdə daha yaxşı nəticələr göstərə bilirik. Biz düşünürük ki, bu, bir çox ölkələrdə tədricən maraq doğuracaq. İşləri mükəmməl həyata keçirmək üçün yaxşı fürsət var. Məkan gözəl olarsa, nəticə daha maraqlı olar. Ərəb dünyasından 10 milyon insan Oyunları seyr edib. Bu, ərəb dünyası üçün inanılmaz göstəricidir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

