Denis Klyuev: “Bakı-2015” karatenin Olimpiya proqramına salınması istiqamətində böyük addımdır
21.06.2015 [13:52]
Rusiyalı tanınmış karate ustası Denis Klyuev Bakıda keçirilən birinci Avropa Oyunlarından və karatenin yarışların proqramına daxil edilməsindən məmnunluqla bəhs edib.
AZƏRTAC xəbər verir ki, www.karate.ru idman portalına müsahibə verən D.Klyuev karatenin Avropa Oyunlarının proqramına daxil edilməsini bu idman növünün Olimpiya proqramına salınması istiqamətində böyük addım kimi qiymətləndirərək deyib: “Əminəm ki, birinci Avropa Oyunları karatenin Olimpiya proqramına daxil edilməsi istiqamətində böyük addımdır. Bu idman növü sürətlə inkişaf edir, qaydalar müntəzəm olaraq təkmilləşdirilir, karateçilər yüksək texnika nümayiş etdirirlər. Fikrimcə, yaxın gələcəkdə karatedə maraqlı təkamülün şahidi olacağıq”.
Avropa Oyunlarında iştirak edən karateçilər haqqında danışan D.Klyuev Azərbaycan təmsilçisi Rafael Ağayevi xüsusi qeyd edib: “Şübhəsiz, izləməli karateçilər var. Bu yarışlarda yalnız ən güclü karateçilər mübarizə aparırlar. Rafael Ağayev ondan gözlənilənləri doğrultdu - sürəti, taktikası və texnikası yüksək səviyyədədir. Qalib gələn digər karateçilər haqqında da xoş sözlər söyləmək olar”.
Tanınmış mütəxəssis Avropa Oyunlarında təşkilatçılığın ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. “Burada hər şey ən yüksək səviyyədə təşkil olunub. Elektron biletlərin mübadiləsi və şəhərdə pulsuz gəzintiyə qədər hər şey mükəmməldir. Şəhərdə qonaqlara kömək etməyə hazır olan minlərlə könüllü fəaliyyət göstərir. Mən özüm dəfələrlə onların köməyinə ehtiyac duymuşam. Azərbaycanlılar çox mehribandırlar. Açılış mərasimində Rusiya nümayəndə heyətinin coşqu ilə alqışlanması isə məni çox qürurlandırdı”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18

