İlk Avropa Oyunları Bolqarıstan mətbuatında da geniş işıqlandırılıb
01.07.2015 [10:17]
Bolqarıstanın ən yüksək tirajlı “Trud”, “24 Chasa” və “Standart” qəzetlərində “Bakı-2015” birinci Avropa Oyunlarının gedişi, bağlanış mərasimi, Prezident Rosen Plevneliyevin mərasimdə iştirak etmək üçün Azərbaycana səfəri ilə bağlı məqalələr dərc olunub.
“24 Chasa” və “Standart” qəzetləri Bolqarıstan Olimpiya Komitəsinin prezidenti Stefka Kostadinovanın müsahibələrinə də yer verib. Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə yeni bir layihənin əsasının qoyulduğunu bildirən S.Kostadinova qeyd edib ki, Avropadan fərqli olaraq indiyədək bütün qitələrin oyunları var idi. Bakıdakı yarışların Olimpiya Oyunları səviyyəsində keçirildiyini vurğulayan S.Kostadinova təşkilatı məsələlərin yüksək səviyyədə həll olunduğunu bildirib.
“Trud” qəzetində dərc olunan məqalədə isə Bakıda idmançılar, jurnalistlər və qonaqlar üçün yaradılmış yüksək səviyyəli şəraitdən bəhs olunur. Müəllif Atletlər Kəndində yaradılmış şəraiti, idmançılara xidmət edən rahat nəqliyyat vasitələrini, beynəlxalq standartlara cavab verən yolları, idman arenalarını, çoxsaylı könüllülərin fəaliyyətini xüsusi qeyd edir. Məqalədə Avropa Oyunlarının uğurla keçirildiyi, Azərbaycanın bu işin öhdəsindən bacarıqla gəldiyi vurğulanır.
“Standart” qəzetində dərc olunan “Bakı Olimpiadanı gözləyir” adlı məqalədə də “Bakı-2015”in bağlanış mərasiminə diqqət cəlb edilir, ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycanın Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı ola biləcəyi vurğulanır. Məqalədə, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyindən, 6 min idmançının və onları müşayiət edən şəxslərin qaldıqları Atletlər Kəndindəki yüksək səviyyəli təhlükəsizlik tədbirlərindən, könüllülərin fəaliyyətindən, qonaqpərvərlikdən və s. bəhs olunur. Müəllif idmançıların və qonaqların daşınması üçün ayrılmış nəqliyyat vasitələrinin rahatlığını xüsusi qeyd edir. Bundan başqa, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışları şəxsən izləmələri diqqətə çatdırılır. Həmçinin idmançıların və digər qonaqların Bakının gözəlliyindən heyran qaldıqları vurğulanır.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

