/ / Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresi keçirilir
Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresi keçirilir
09.10.2015 [10:12]
Oktyabrın 8-də Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan gənclər və idman naziri Azad Rəhimov konqresin və Avropa “Fair Play” Hərəkatının 21-ci Assambleyasının təşkilinin ölkəmizə həvalə edilməsinə görə təşəkkürünü bildirib.
Nazir qeyd edib ki, Azərbaycan artıq neçə illərdir istər idman uğurları ilə, istərsə də mötəbər beynəlxalq yarışların və tədbirlərin təşkilində dünya idmanında özünəməxsus yer tutur. Bu mənada 2015-ci il təkcə Azərbaycanın deyil, həm də Avropanın, ümumiyyətlə dünyanın idman tarixi üçün əlamətdar oldu. Bəşəriyyətə Olimpiya Oyunları kimi bir ideyanı bəxş etmiş qitənin özünün ilk çoxnövlü kütləvi idman təntənəsinə məhz Azərbaycan, onun paytaxtı ev sahibliyi etdi. On yeddi yarış günü ərzində Avropanın bütün ölkələrini təmsil edən 6 minə yaxın idmançı 253 dəst medal uğrunda Bakıda yarışdılar. Əlli dövlətdən 42-sinin nümayəndəsi fəxri kürsüdə yer aldı. Otuz bir ölkəyə qızıl medal aparıldı. Çox sevinirik ki, qalib və mükafatçılar arasında Avropanın əksər ölkələri yer aldılar.
Azad Rəhimov bildirib ki, iyunun 12-də açılış və iyunun 28-də bağlanış mərasimləri, eləcə də yarışlar dünyanın ən böyük idman bayramı olan Olimpiya Oyunları ənənəsinə və prinsiplərinə uyğun keçirildi. Azərbaycanın adı dünya miqyasında nüfuz qazanan böyük bir layihənin vətəni kimi tarixə yazıldı.
Yarışlar zamanı ədalət prinsiplərinə əməl edilməsini, bu prinsiplərin qorunmasına diqqət yetirilməsini xüsusi vurğulayan nazir ədalətli oyunların Olimpizmin əsas təməl prinsipi, onun ideya daşıyıcısı olduğunu diqqətə çatdırdı. Nazir deyib: “Bir nümunəni qeyd etmək istərdim. Gimnastika yarışları zamanı Azərbaycan könüllüsünün rəqib ölkə idmançısının hündürlükdən yıxıldığını görüb özünü təhlükəyə ataraq, onu zədələnməkdən xilas etməsi “Bakı-2015”in necə səmimi şəraitdə keçdiyinin göstəricisidir”.
Nazir bildirib ki, Azərbaycanın özünəməxsus mental xüsusiyyətlərinin ədalət prinsipləri ilə həmahəng səsləşməsi ilə yanaşı, ölkəmizdə idmana göstərilən diqqət və qayğının təməlində Olimpizm dəyərləri və xüsusən də ədalət prinsipi dayanır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Olimpizm və ədalət dəyərlərinin qorunması, ona riayət olunmasına xüsusi diqqət yetirir. Ölkəmizdə idmançının sosial statusu ən yüksəkdə dayanır.
Konqresin əhəmiyyətini yüksək qiymətləndirən Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer tədbirin maarifləndirmə sahəsindəki rolundan danışıb. O vurğulayıb ki, “Fair Play” Hərəkatı sosial dialoqun və anlaşmanın vəhdətini təşkil edir. Bu, idmanın ayrılmaz bir parçasıdır. Hər bir irimiqyaslı yarış başa çatdıqdan sonra qələbələr və Ədalətli Oyunlar Hərəkatı hər zaman diqqət mərkəzində olur və müzakirə mövzusuna çevrilir. “Bakı-2015” ilk Avropa Oyunları da ədalətli oyunlar prinsipinə əsaslanaraq təşkil olundu və yarışlardan bir çox məqamlar tamaşaçıların yaddaşında xoş izlər buraxdı.
Konqres zamanı aktual mövzuların müzakirə olunacağını diqqətə çatdıran Kristian Hinterberqer tədbir üçün xüsusi mövzu və məruzələrin hazırlandığını vurğulayıb. O deyib ki, milli və beynəlxalq mütəxəssislərin hazırladığı məruzələr bu sahə ilə məşğul olan insanların nəzəri informasiya əldə etməsi və bundan yararlanması üçün çox faydalı olacaq. K.Hinterberqer bu tədbirin Azərbaycanda təşkil olunmasını böyük hadisə kimi qiymətləndirib.
Beynəlxalq “Fair Play” Komitəsinin rəhbəri Jeno Kamuti Azərbaycan idmançılarının qazandığı nailiyyətləri və ölkədə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O qeyd edib ki, cari ilin iyununda Azərbaycan qitənin ən böyük idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi və “Bakı-2015” ədalətli oyunlar prinsipinə əsasən təşkil olundu.
Tədbirdə Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı ilə təltif olunduğu bildirilib.
Sonra Azərbaycanda və dünyada “Fair Play” Hərəkatından bəhs edən videoçarx nümayiş etdirilib.
İki gün davam edəcək konqresin əsas mövzusu “Rəqabətli idmanda ədalətli oyun - real və ya ideal”dır. Konqres zamanı dinləniləcək 28 məruzədən 8-ni yerli mütəxəssislər təqdim edəcək. Həmçinin tədbirdə Olimpiya və ədalətli oyun dəyərlərinin qorunmasında dövlətin və qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı və məsuliyyəti, korrupsiyaya, saxta və ümidsiz matçlara qarşı mübarizə, idman dəyərlərinin və etikasının qorunmasında formal və qeyri-formal təhsilin rolu mövzusunda müzakirələr aparılacaq.
Konqres işini müzakirələrlə davam etdirir.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

