Nigar Arpadarai: “Formula-1” azarkeşləri üçün Bakı Qran-prisi çox maraqlı olacaq
05.11.2015 [10:21]
Noyabrın 4-də “Marriott Absheron Baku” mehmanxanasında gələn il Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına həsr olunmuş seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, “Formula-1”in tarixindən danışan “Bakı Şəhər Halqası” şirkətinin marketinq və kommunikasiya departamentinin direktoru Nigar Arpadarai idmanın bu növünə ev sahibliyi edən ölkələr haqqında məlumat verib.
Bildirilib ki, “Formula-1” yarışlarına 1950-ci ildən start verilib. Bu yarışlar futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra tamaşaçı baxımına görə üçüncü yerdədir. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. “Formula-1” yarışları daimi və şəhər treklərində təşkil olunur. Bakıda bu mötəbər yarış şəhər trekində keçiriləcək. Məhz Sinqapur, Monako və Melbrunda da yarış şəhər mərkəzində təşkil edilir.
Nigar Arpadarai Avropa Qran-prisinin ölkəmiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, yarış Azərbaycanın turizm sektorunda canlanmaya səbəb olacaq: “Dünyanın bir çox ölkələrindən turistlərin gələcəyi gözlənilir. “Formula-1” azarkeşləri üçün Bakı Qran-prisi çox maraqlı olacaq. Turistlər üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. “Formula-1” Kəndi” əyləncəli proqramla bol bir məkan olacaq. Çalışacağıq ki, burada təkcə yarış deyil, həm də konsertlər və müsabiqələr təşkil edilsin. Əsl festival ab-havası yaradılsın”.
Yarışla bağlı tikinti işlərinə gələn il start veriləcəyini diqqətə çatdıran Nigar Arpadarai Bakı yollarının digərlərindən fərqləndiyini də bildirib. Vurğulayıb ki, trasın layihəsi Hermen Tilke bürosu tərəfindən hazırlanıb və Beynəlxalq Avtomobil İdmanı Federasiyasına təqdim olunub. Layihə təsdiqləndikdən sonra tikinti işlərinə başlanacaq. Hazırda könüllülərin, marşalların cəlb olunması və təlimi gündəmdə olan məsələlərdəndir.
Sonra “Formula-1” yarışlarının mərhələləri, akkreditasiya qaydaları haqqında məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, uzunluğu 6 kilometrdən artıq olan Bakı trası uzunluğuna görə dünyada ikincidir. Bakı halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” avtomobilləri paytaxtın UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhər, Bakının müasir göydələnləri və Xəzərin sahilboyu ərazisini özündə birləşdirən ecazkar simasını görəcəklər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

