Azərbaycanda şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının yekunları müzakirə olunub
03.03.2016 [10:08]
Martın 2-də “Nizami” Kino Mərkəzində “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının yekunları ilə bağlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizdə şahmatın inkişafına dair videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının uğurla reallaşdırıldığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, bu Sərəncamın Bakıda keçirilən və Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan möhtəşəm Azərbaycan-FİDE dünya matçı ərəfəsində imzalanması təsadüfi deyil. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən respublikamızın 60-dək şəhər və rayonunda uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilib. Hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Nazir vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən müddətdə şahmatçılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olub, 80-dən çox medal qazanıblar. Bu medallardan 32-si qızıldır.
Qeyd olunub ki, uğurla həyata keçirilən Dövlət Proqramının icrası müddətində şahmat üzrə 40-dək yarış, o cümlədən Azərbaycan birincilikləri, bır sıra yerli və beynəlxalq turnirlər keçirilib. Nazir bu yarışlar arasında Vergilər Nazirliyinin dəstəyi ilə 2014-cü və 2015-ci illərdə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr edilmiş yüksək kateqoriyalı iki beynəlxalq turnirin keçirildiyini xüsusi vurğulayıb.
Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeysterin, 16 beynəlxalq ustanın, 20 FİDE ustasının, 15 beynəlxalq hakimin və 16 FİDE hakiminin olduğunu qeyd edən A.Rəhimov deyib: “Azərbaycan şahmatı dünya arenasında yüksək səviyyəyə çatıb. Məhz bunun nəticəsidir ki, şahmat üzrə yığma komandamız 2014-cü ildə Norveçdə keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında 179 ölkə arasında 2-5-ci yerləri bölüşdürüb”.
A.Rəhimov Təhsil Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində respublikanın 70-dən çox orta ümumtəhsil məktəbində şahmat fənninin tədrisinə başlanıldığını bildirib. Nazir Azərbaycanda şahmatın inkişafına bundan sonra da diqqət göstəriləcəyini söyləyib.
Şahmatın Azərbaycanda sürətlə inkişaf etdiyini deyən təhsil naziri Mikayıl Cabbarov bildirib: “Şahmat yeganə idman növüdür ki, Azərbaycanda orta məktəblərdə tədris edilir. İdmanın bu növü şagirdlərdə sərbəst düşünmə qabiliyyətinin, çevik qərar qəbuletmə, mürəkkəb şəraitdə taktika seçmək kimi vərdişlərin inkişafına təkan verir. İnsanların şahmatdan qazandığı keyfiyyətlər karyera seçimində, düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır”.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov idmanın ən qədim növlərindən olan şahmatın ölkəmizdə inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayaq qeyd edib: “Azərbaycanda şahmatın inkişafına dövlət səviyyəsində diqqətin göstərilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin diqqət və qayğısı sayəsində çox qısa müddətdə Azərbaycanda böyük şahmat infrastrukturu yaradılıb”.
E.Rüstəmov bildirib ki, Azərbaycanda şahmatın yeni inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən reallaşdırılıb. İdmanın bütün növləri kimi şahmat da sürətlə inkişaf edir, bu sahədə mühüm nailiyyətlər qazanılır. Azərbaycan şahmat ölkəsi kimi artıq özünü təsdiq edib və mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən məkan kimi tanınır. Bu uğurların nəticəsidir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il Azərbaycanda keçiriləcək.
Federasiya prezidenti deyib ki, bu Dövlət Proqramı başa çatsa da müəyyənləşdirilən prioritetlər daim diqqət mərkəzində saxlanılacaq. Şahmatın Azərbaycanda daha da inkişaf etdirilməsi, mühüm nailiyyətlərin əldə edilməsi daim əsas vəzifə olaraq qalacaq.
Çıxışlardan sonra Dövlət Proqramı çərçivəsində görülən işlər ətraflı təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

