“Formula-1” Avropa Qran-prisinin könüllüləri üçün məkan üzrə təlim təşkil olunub
10.06.2016 [09:50]
İyunun 9-da Bakı Biznes Mərkəzində “Formula-1” Avropa Qran-prisi könüllülərinin məkan üzrə təlimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Formula-1” Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən keçirilən təlimə 300-dək könüllü qatılıb.
Əvvəlcə iştirakçılara könüllü Nərmin Zeynallının müəllifi olduğu mahnı təqdim olunub. Könüllülükdən bəhs edən mahnının təqdimatından sonra Qran-pri və könüllülərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra könüllülərə məkanlar üzrə onlara rəhbərlik edəcək supervayzerlər təqdim olunub. Daha sonra yarış zamanı könüllülərin məkanlar üzrə fəaliyyəti və davranış qaydaları istiqamətində məlumat verilib.
Könüllülərin təlimlərinin üç istiqamətdə həyata keçirildiyini diqqətə çatdıran treninq üzrə əlaqələndirici Sevinc Cəfərova ümumi və rol üzrə mərhələlərin artıq başa çatdığını bildirib. Qeyd edib ki, məkan üzrə təlim sonuncudur. Bu mərhələdə könüllülər məkanlarla tanış olacaq, onlar üçün təqdimatlar təşkil ediləcək. Onlar təhlükəsizlik və müxtəlif məkanların qaydaları ilə məlumatlandırıldıqdan sonra öz supervayzer və komandaları ilə birgə məkan turuna çıxacaqlar.
Ümumilikdə, 12 mindən artıq könüllünün qeydiyyatdan keçdiyini diqqətə çatdıran Sevinc Cəfərova könüllülərin öz məkanlarına uyğun təlim keçdiklərini vurğulayaraq deyib: “Heydər Əliyev Beynəlxalq Aeroportu və otellərdən əlavə, Bakı şəhər halqasının da üç zonası var ki, orada könüllülər fəaliyyət göstərəcək. Artıq könüllülər məkanlar üzrə bölünüb, onların iş cədvəli hazırlanıb. Onlar BŞH-nin saytına daxil olaraq öz iş cədvəlləri ilə tanış ola bilərlər. Rola və məkana görə iş cədvəlləri fərqlidir. Bəzi könüllülər iyunun 1-dən fəaliyyətə başlayıblar. Könüllülərin kütləvi fəaliyyətinə iyunun 13-də start veriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31

