Azərbaycan millisi bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını 1 medalla başa vurub
26.07.2016 [09:43]
İyulun 24-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına yekun vurulub. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə ediblər.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu - üçüncü günündə gimnastlar fərdi proqram üzrə final yarışına çıxıblar.
Mötəbər yarışda topla fərdi proqram üzrə final yarışında rusiyalı gimnast Marqarita Mamun 19.400 xalla qızıl medal qazanıb. Digər rusiyalı Aleksandra Soldatova 19.000 xalla gümüş, İsrail təmsilçisi Neta Rivkin isə 18.500 xalla bürünc medala sahib olub. Azərbaycan gimnastı Marina Durunda 17.900 xalla yeddinci olub.
Halqa ilə yarışlarda da rusiyalı gimnastlar fərqləniblər. Yana Kudryavtseva (19.450 xal) qızıl, Marqarita Mamun (18.550 xal) gümüş, Fransa gimnastı Kseniya Mustafayeva (18.500 xal) isə bürünc medala sahib olublar.
Gürzlərlə final yarışında Yana Kudryavtseva və Marqarita Mamun eyni -19.400 xal topladıqları üçün fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fransa təmsilçisi Kseniya Mustafayeva yarışı üçüncü pillədə başa vurub.
Lentlə yarışlarda isə Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla bürünc medal qazanıb. Yarışda 19.400 xal toplayan Marqarita Mamun və Yana Kudryavtseva qızıl medala sahib olublar.
Qrup hərəkətləri yarışında komandalar 5 lent, 3 gürz və 2 halqa ilə final mərhələsində mübarizə aparıblar.
Beş lent ilə mübarizədə İsrail komandası 18.500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiya kollektivi 18.350 xalla ikinci, İspaniya millisi isə 18.250 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan yığması 18.100 xalla yarışı beşinci pillədə başa vurub.
Üç gürz və 2 halqa ilə qrup yarışlarında Rusiya komandası 19.000 xalla qızıl medala sahib olub. İtaliya komandası 18.500 xalla gümüş, İspaniya yığması isə 18.300 xalla bürünc medal qazanıblar. Azərbaycan komandası 17.750 xalla beşinci olub.
Sonra mükafatlandırma mərasimi təşkil olunub. Həmçinin Dünya Kubokunun əvvəlki mərhələ yarışlarında uğurla çıxış edən gimnastlara Beynəlxalq Gimnastika Federasiyasının xüsusi kuboku təqdim edilib. Bu dəfə də rusiyalı gimnastlar fərqləniblər.
Tədbir qala-konsert və bağlanış mərasimi ilə davam edib. Dünya Kubokunun bağlanış mərasimi açılış mərasiminin məntiqli davamı olub. Bağlanış mərasiminin əsas qəhrəmanı qismində yenə də Azərbaycana gələn və ölkənin gözəllikləri ilə tanış olan Balaca şahzadə çıxış edib. Ssenariyə əsasən, artıq Azərbaycanın bütün gözəl yerlərini gəzmiş Balaca şahzadə Yanardağdan öz evinə üz tutmağa başlayır. O, bu dağın atəşini bizim ən yaxşı idmançımız Marina Durundaya verir. O da odla digər yerlərdən keçməyə başlayır. Onlar sahələrdən, üzüm bağlarından və digər yerlərdən keçərək, Şamaxı Rəsədxanasına qayıdırlar.
Kompozisiyada bədii gimnastika, idman gimnastikasını, batut gimnastikası, akrobatika, aerobikanı təmsil edən müxtəlif yaşlı idmançılar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

