Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Valentin Demyanenko: Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də uğurlu oldu

Valentin Demyanenko: Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də uğurlu oldu

24.08.2016 [09:52]

Olimpiadada medal qazanmaq hər bir idmançının ən böyük arzusudur. Sevinirəm ki, bu xoşbəxtlik mənə də nəsib oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarında birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş medal qazanan Azərbaycan idmançısı Valentin Demyanenko Bakıda təşkil olunan qarşılanma mərasimində bildirib.
Yürüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan Valentin Demyanenko deyib: “Rəqiblərim çox güclü idi. Elə alındı ki, ikinci oldum. Hesab edirəm ki, gümüş medal da yüksək nəticədir. Bu mənada Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də uğurlu oldu. Belə ki, Azərbaycanın avarçəkmə idmanı tarixində ilk dəfə Olimpiya medalı qazandıq”.

Paylaş:
Baxılıb: 845 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31