Azərbaycan olimpiyaçılarının qazandığı qələbələr xalqımızı qürurlandırır
25.08.2016 [09:54]
İctimaiyyət nümayəndələri ölkəmizdə idmana göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər
Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurları Azərbaycan cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanır. Olimpiya Oyunlarının ümumi nəticələrinə əsasən idmançılarımızın əldə etdiyi nailiyyətlər təqdir edilməklə yanaşı, xüsusi olaraq vurğulanır ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı, eləcə də idmançılarımızın yüksək nəticələr əldə etməsi üçün yaradılan şərait bayrağımızın mötəbər yarışlarda dalğalanmasını şərtləndirən mühüm komponentlərdəndir. Daha dəqiq desək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin əldə edilən uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına yol açıb.
Qeyd etdiyimiz kimi, idmançılarımızın sonuncu Olimpiya Oyunlarındakı yüksək səviyyəli çıxışı hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Məsələn, bu haqda öz fikirlərini bizimlə bölüşən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı arxada qalan XXXI Yay Olimpiya Oyunlarının ölkəmizin idman tarixində xüsusi bir yerə malik olduğunu diqqətə çatdırıb. M.İbrahimqızı bildirib ki, idmançılarımızın uğurlu çıxışları hər bir vətəndaşımızın sevincinə səbəb olub: “Artıq illərdir ki, ölkəmizdə mühüm yarışlar baş tutur. Fərqli idman növləri üzrə dünyanın ən yaxşı atletləri Azərbaycanın arenalarında çıxış ediblər. Ölkəmizdə idmanın inkişafına yaradılan şərait hər kəs tərəfindən yüksək dəyərləndirilir. Məhz əldə olunan nailiyyətlərin təməlində idmana dövlət tərəfindən göstərilən qayğı dayanır. Bu gün dünya ictimaiyyəti Azərbaycan idmançılarının çıxışlarını maraqla izləyir”.
Millət vəkili Rauf Əliyev isə bildirib ki, Azərbaycan Olimpiya Oyunlarında mübarizə aparmış 206 dövlət arasında ən çox medal qazanmış 15 ölkədən biridir. Onun sözlərinə görə, bu göstərici Azərbaycan idmançılarının tarixi qələbə əldə etdiyini göstərir: “Bu qələbələrin əldə olunmasında əsas amil Azərbaycan Milli Olimpiya Komitəsinə cənab İlham Əliyevin rəhbərlik etməsidir. Bu tarixi qələbə son illər Azərbaycan idmanının yüksələn xətlə sürətli inkişafının məntiqi nəticəsidir. Bu tarixi qələbə münasibətilə medal qazanmış bütün idmançıları, Olimpiya komandasını, idman ictimaiyyətini, bütünlükdə Azərbaycan xalqını ürəkdən təbrik edirəm və idmançılarımıza gələcək yarışlarda uğurlar diləyirəm. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız növbəti Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər”.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da öz növbəsində Azərbaycan idmançılarının Rioda keçirilən Yay Olimpiya Oyunlarındakı uğurlarının bütün xalqımızı sevindirdiyini qeyd edib. F.Muradov bildirib ki, qazanılan hər medal, Azərbaycan bayrağının dalğalanması və himnimizin səsləndirilməsi qürurvericidir. Onun sözlərinə görə, 56 idmançımızın təmsil olunduğu mötəbər idman tədbirində qazanılan 18 medal Azərbaycanın idman sahəsində inkişafının göstəricisidir: “Bu, ölkə Prezidenti cənab İlham Əliyevin idmana və gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycanın, demək olar ki, bütün bölgələrində idman kompleksləri var. Gənclərin bu sahəyə marağı gündən-günə artır. Bu həm idmana olan dövlət qayğısının, həm də idmançılarımızn uğurlarının sayəsində baş verir”.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə bildirib ki, əldə edilən nailiyyətlər Azərbaycan idmanını yeni zirvələrə daşıyacaq. M.Abasquliyevanın fikrincə, Braziliyada Azərbaycan Olimpiya komandasının əldə etdiyi qələbə bütün Azərbaycan xalqını qürurlandırır. YAP Sabunçu rayon təşkilatının sədri qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı Azərbaycanda idmanın hərtərəfli inkişafına təkan verib. Bu gün ölkəmizdə mühüm idman yarışlarının keçirildiyini bildirən M.Abasquliyeva yaradılan yeni idman infrastrukturlarının yüksək səviyyədə olduğunu dilə gətirib: “Gənclərimizin idmana olan marağı, sevgisi və böyük səylə məşq etmələri Azərbaycan bayrağının Braziliyada 18 dəfə dalğalanması ilə nəticələndi. Bu anları izləmək çox fərəhli idi. Bütün bu uğurlar dövlət başçımız tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürüdür”.
Öz növbəsində millət vəkili Ağacan Abiyev deyib ki, hər bir növbəti Olimpiya Oyunları zamanı medallarımızın sayı dinamika ilə artır: “Bu baxımdan Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında medallarımızın sayının artması təbii qanunauyğunluqdur. Qazanılan bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi xüsusi diqqətin nəticəsidir. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycanda idmanın inkişafında yeni mərhələ başlayıb. Bu istiqamətdə görülən ardıcıl və səmərəli tədbirlər Azərbaycan idmanının inkişafını şərtləndirən əsas amillərdən biri oldu. Bu gün Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və əminliklə demək olar ki, aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

