Olimpiyaçılarımızın Rio-de-Janeyroda qazandıqları qələbələr hər birimizi qürurlandırır
26.08.2016 [09:29]
Millət vəkilləri XXXI Yay Olimpiya Oyunlarında əldə olunan yüksək nailiyyətlərin ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğulayırlar
Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurları Azərbaycan cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanır. Olimpiya Oyunlarının ümumi nəticələrinə əsasən idmançılarımızın əldə etdiyi nailiyyətlər təqdir edilməklə yanaşı, xüsusi olaraq vurğulanır ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı, eləcə də idmançılarımızın yüksək nəticələr əldə etməsi üçün yaradılan şərait bayrağımızın mötəbər yarışlarda dalğalanmasını şərtləndirən mühüm komponentlərdəndir. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin əldə edilən uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına yol açıb.
Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının çıxışları uğurlu oldu. Onun fikrincə, 200-dən çox ölkənin iştirak etdiyi bu mötəbər idman yarışlarında 15-ci sırada qərarlaşmaq yüksək göstəricidir. İdmançıların gənclərdən ibarət olduğunu xatırladan YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu nailiyyət ölkəmizdə həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsidir: “Prezident İlham Əliyev ölkəmizdə gənclərə və idmana xüsusi qayğı ilə yanaşır. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Sədri seçildikdən sonra idmanın inkişafında sıçrayış baş verdi, gənclərin bu sahəyə marağı əhəmiyyətli dərəcədə artdı. Bilirsiniz ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir. Belə olan halda idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin ediləcək. Mən Yay Olimpiya Oyunlarında uğur münasibətilə ölkə rəhbəri başda olmaqla bütün xalqımızı, idmansevərləri təbrik edirəm”.
“Olimpiya Oyunları ən yüksək səviyyəli idman yarışları sayılır. Belə ki, hər bir idmançı yarışdığı növ üzrə məhz Olimpiya çempionu olmağı arzulayır. Bu mənada yarış meydanına çıxan hər bir idmançı daşıdığı məsuliyyətin yükünü hiss etməli və bütün səyini məhz qələbəyə kökləməlidir”. Bu fikirləri isə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev deyib. Ü.Quliyev bildirib ki, Azərbaycan idmançılarının XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlər təbii qanunauyğunluqdur. Çünki həmin yarışlara hazırlıq mərhələsi olduqca uğurlu keçib.
“Belə ki, 2013-cü ildən başlanan hazırlıq prosesi müvafiq konsepsiya üzrə davam etdirilib. Bu fakt yarışın nəticələrində özünü göstərdi. Ölkəmizi təmsil edən idmançılarımız ötən müddət ərzində müxtəlif mühüm yarışlarda öz güclərini sınayıblar, 2013-2015-ci illərdə və 2016-cı ilin birinci yarımili ərzində 1000-dən artıq rəsmi və qeyri-rəsmi beynəlxalq yarışlarda iştirak ediblər. Bunun qarşılığında isə 1042-si Olimpiya idman növlərinə aid olmaqla 2723 medal əldə ediblər. Artıq Azərbaycan dünyanın aparıcı idman ölkəsi olaraq özünün idman növlərində təmsilçiliyində fərqlilik yaradır. Bu da təqdirəlayiq haldır. Braziliyada keçirilən növbəti Olimpiya Oyunlarında da ənənəyə sadiq qaldıq və ötən yarışlardan daha çox medal qazandıq. Olimpiya Oyunlarının izlənmə faizi olduqca yüksəkdir və üçrəngli bayrağımızın Yay Olimpiya Oyunlarında dalğalanması bizə qürur yaşatmaqla yanaşı, Azərbaycan dövlətinin idmana, gənclərə göstərdiyi diqqət və qayğının tərənnümünə çevrilib”, - deyə Ü.Quliyev vurğulayıb.
Milli Məclisin deputatı Kamilə Əliyeva da Olimpiya Oyunlarında idmançılarımızın mübarizəsini maraqla izlədiyini deyib: “Uğurlarımız yüksəkdir və bu münasibətlə idmançılarımızı təbrik edirəm. Azərbaycan son Olimpiya Oyunları ilə müqayisədə medalların sayını artırdı. Biz bu dinamikanı gözləyirdik. Hesab edirəm ki, qazanılan uğur Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin parlaq nümunəsidir. İnanıram ki, gələcək beynəlxalq idman yarışlarında da nailiyyətlərimiz yüksək olacaq”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin məkanı kimi dünyada böyük nüfuz sahibidir. O deyib ki, bu tədbirlər müxtəlif sahələri əhatə edir: “Gələn il ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək. Bu fakt Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləməklə yanaşı, İslam dünyasında da nüfuzunun göstəricisidir”.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Sevinc Hüseynova isə bildirib ki, dövlət başçısının idmana göstərdiyi diqqət və qayğısının nəticəsində Azərbaycan bu gün yeni uğurlara imza atır. Onun sözlərinə görə, 1996-cı ildə Olimpiya Oyunlarında Azərbaycan 1 medal qazanmışdısa, artıq 2016-cı ildə 18 medal qazanmışıq: “Bu, Azərbaycanın uğurlu inkişafının əyani göstəricisidir. Olimpiya Oyunları idman yarışlarının ən yüksək zirvəsidir və bu yarışlara güclü idmançılar gedə bilərlər. Yəni Olimpiya Oyunlarında iştirakın özü belə böyük uğurdur. Ümumiyyətlə, ölkəmizdə idman sahəsinə böyük diqqət var, idmançılara və onların məşqçilərinə yüksək qayğı göstərilir. Həm idmançılarımız, həm də məşqçilərimiz bu etimadı layiqincə doğrultmaq üçün mötəbər beynəlxalq yarışlarda ölkəmizin bayrağının daim yüksəlməsinə çalışırlar. Bu çalışmalar da öz məntiqi nəticəsi ilə yekunlaşır. Azərbaycanın idmançıları Braziliyada yüksək nəticə göstərdi”.
Milli Məclisin deputatı Azər Badamov da Rioda uğurlu nəticə əldə etmələri münasibətilə idmançılarımızı təbrik edib. O deyib ki, Olimpiya Oyunlarında idmançılarımız əzmlə mübarizə apardılar: “Bu mübarizənin nəticəsi olaraq dünyanın ən nüfuzlu idman yarışlarında 56 idmançı ilə 18 medal qazandıq. Taekvandoçumuz Radik İsayev finalda qələbə çalaraq ölkəmizə qızıl medalı qazandırdı və dövlət himnimizi səsləndirdi. Ümumiyyətlə, həm taekvandoçularımız, həm də digər idman növləri üzrə idmançılarımız yaxşı nəticələr göstərdilər. Əldə olunan nailiyyət bir daha Azərbaycanın dünyanın nüfuzlu idman ölkəsi olduğunu təsdiqləyir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17

